Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ombudsmana əlavə səlahiyyətlər verildi

Milli Məclis Cəzaların İcrası Məcəlləsinə və "İnformasiya əldə etmək haqqında" qanuna əlavə və dəyişikliklər edib

Milli Məclis Cəzaların İcrası Məcəlləsinə və "İnformasiya əldə etmək haqqında" qanuna əlavə və dəyişikliklər edib


Milli Məclisin iclasında Cəzaların İcrası Məcəlləsinə əlavələr edilib. Simsar.az-ın məlumatına görə, əlavələr Ombudsmanın və Milli Preventiv Qrup üzvlərinin cəzaçəkmə müəssisələrinə başçəkmələrinin keçirilməsi ilə bağlı olub.

Məcəlləyə edilən dəyişikliyə əsasən, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) və Milli Preventiv Qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) isə cəzaçəkmə müəssisələrinin rəhbərliyinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ var.

Məcəlləyə edilmiş digər dəyişikliyə görə, Milli Preventiv Qrupa ünvanlanmış təklif, ərizə və şikayətlər senzuradan keçirilməyəcək və bir gündən gec olmayaraq (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) aidiyyəti üzrə göndəriləcək.

Ombudsmanın fəaliyyəti ilə bağlı "İnformasiya əldə etmək haqqında" qanuna da dəyişiklik edilib.

Qanuna edilmiş əlavəyə əsasən, sorğuçu informasiya sorğusunun icrasından imtina edilməsi və ya lazımınca icra olunmaması barədə məhkəməyə və ya insan hüquqları üzrə müvəkkilə (Ombudsmana) şikayət hüququna malikdir. Sorğunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah etməli və cavabda qeyd etməlidir.






20 Aprel, 2012  17:16 Baxılıb: 980 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner