Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qənirə Paşayeva və Azər Turandan "Əlibəy Hüseynzadə"

Millət vəkili İstanbulda

 İstanbul Universiteti rektorluq binasının toplantı salonunda millət vəkili Qənirə Paşayeva və yazar Azər Turanın Türkiyədə çıxmış “Əlibəy Hüseynzadə” kitabının təqdimat mərasimi keçirilib. Simsar.az-ın xəbərinə görə, təqdimat mərasimini təşkil edən Türk Ocaqları İstanbul şöbəsinin sədri Cezmi Bayram çıxışında deyib ki, Türk Ocaqlarının 100 illiyinə layiq bir kitab çap etmək üçün axtarışda olarkən Q. Paşayeva və A. Turanın “Əlibəy Hüseynzadə” kitabıyla tanış olublar və yubiley üçün ən dəyərli kitabın məhz bu əsər olduğunu görüblər: “Bu kitab vasitəsilə biz Türk Ocaqlarının yaradılmasında ikinci önəmli şəxsiyyət olan böyük mütəfəkkir Əhməd Ağaoğlunu daha yaxından tanımış olduq. Kitabdan öyrəndiyimizə görə, Türk Ocaqlarının qurulması ideyasını Əlibəy Hüseynzadə verib, ilk toplantılar isə Əhməd Ağaoğlunun evində keçirilib”.

Təqdimat mərasimində “1920-1960-cı illər arasında İstanbul Universitetində çalışmış Azərbaycan mənşəli alimlər” mövzusunda çıxış edən İstanbul Universitetinin professoru İbrahim Yıldırım “Əlibəy Hüseynzadə” kitabının Türkiyədə çap edilməsinin önəminə diqqəti cəlb edərək deyib: “Türkiyənin ən qədim təhsil ocağında Azərbaycandan gəlmiş elm adamlarının dərs deməsinin təməlini Əlibəy Hüseynzadə atıb. Bu gün bizim təqdimat mərasimi keçirdiyimiz bu salonda Əlibəy Hüseynzadə də bir vaxtlar tələbələr qarşısında danışıb”.

Tədbirdə Qənirə Paşayeva da çıxış edib. Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsar da söz alaraq atası haqqında kitabın yazarlarına və təqdimat mərasiminin təşkilatçılarına təşəkkürünü bildirib. Tədbirin sonunda iştirakçılar Əlibəy Hüseynzadənin oğlu, məşhur rəssam Səlim Turanın İstanbul Universitetinə hədiyyə verdiyi tabloların və Əlibəy Hüseynzadənin bəzi şəxsi əşyalarının saxlanıldığı salonları gəziblər.

Təqdimat mərasimində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Ceyhun Məmmədov da iştirak edib.






20 Aprel, 2012  17:13 Baxılıb: 1416 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner