Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ELMİN QAYNAQLARI

İslama görə elmin səbəbi üçdür

İslama görə elmin səbəbi üçdür. Bunlardan birincisi, havassu-səlimə (doğru,səlim hisslər) adlandırdığımız, xələflərin ifadəsi ilə mübsirat (görmə), məsmuat (eşitmə) kimi duyğu orqanları və onların sahəsinə aid olan şeylərdir. Bunu elmin yeganə qaynağı qəbul edən görüşə görə, duyğu orqanlarının qəbul etmədiyi heç bir şey elm və təcrübənin mövzusu ola bilməz. Qərbdə pozitivizm deyə adlandırılan bu məktəb, hər şeyi duyğu orqanlarına və təcrübəyə əsasən qəbul etdiyindən, bəzən sarsıntıya məruz qalmışdır. Sadə bir örnək: Onlar, günəş şüaları altında suya salınan bir çubuğun, əyri, ya da sınıq şəkildə görünməsini həqiqət qəbul edib, buna əks olan hər düşüncəni inkar ediblər. Elmin başqa səbəblərindən biri də səlim (doğrunu göstərən) ağıldır. Dövrümüzdə rasionalizm adlandırılan bu axın İslamda “ağılçılıq” adlandırılmışdır. Rasionalizm qədimdən bu günə qədər davam edən və elmin yeganə qaynağı olaraq insan ağlını, zehinini qəbul və müdafiə edən bir anlayışdır. Burada “səlim” vəsfi hər hansı bir şərt qoyulmadan, əşyanı saf və sadə halı ilə qəbul edib qiymətləndirə bilən ağıl deməkdir. Belə ki, rasionalizm də həqiqi elmə varmaqda təkbaşına kafi bir meyar deyil. Elə isə hər iki elm sahəsindən qaynaqlanan yanlışları təshih edəcək (düzəldəcək) başqa bir qaynağa ehtiyac vardır ki, o da “xəbəri-mütəvatir” yəni “vəhy”dir.
“Xəbəri-mütəvatir” İslama görə elmin qaynaqlarından üçüncüsüdür. Bu, iki ayrı kateqoriyada mütaliə edilə bilər. Birincisi, yalan üzərində ittifaq etmələri qeyri-mümkün olan insanların verdiyi xəbər. Məsələn, Amerikaya gedib görmədiyimiz, oranın kəşfi əsnasında olmadığımız halda varlığından şübhə etmirik. Çünki biz ora ilə əlaqədar xəbərləri bu cür bir qaynaqdan alır və elə qiymətləndiririk. İkincisi, səmavi vəhy, yəni “Quran”dır. Bəli, insanlar bəzən ağlın altında qalıb əzilə, pozitivizm qarşısında məğlub ola bilərlər. Lakin məsələləri bir də vəhyi-səmavinin işığı altında qiymətləndirəndə, daha əsaslı və doğru elmə varacaqlar. Elm aləmi ancaq bu şəkildə ələ alındığı zaman ondan gözlənilən nəticə hasil olacaq. Elə isə həqiqi elmi əldə etmək üçün bu üç əsasın birgə götürülməsi və meyar olaraq qəbul edilməsi lazımdır. Əks halda XII əsrdə Ömər Xəyyamlarla başlayan və sonra "İslam Rasionalizmi" adı altında davam edən, hər şeyin təməlinə ağıl və məntiqi yerləşdirən anlayış əsas götürülsə, “Quran”ın bəzi ayələrinin inkar edilməsi, ya da səhv mənalarda izahı qaçılmaz olar. Və ya sadəcə hiss-təcrübə əsas alınsa, "gördüyümdən, eşitdiyimdən başqa, heç nəyə inanmaram" demək məcburiyyətində qalarıq. Bu isə, ağlın ortaya qoyacağı hər şeyə üsyan etmək mənasına gəlir. Əslində hər iki hal da bir yöndən Cənabi-Haqqın yaratdığı kainatda insanların öz ağıl, məntiq və hiss həndəsələrinə uyğunluq axtarışında olmalarıdır. Buna görə ağıl-məntiq-hiss meyarlarına uyğun gələnlər doğru, uymayanlar da səhvdir. Halbuki, Allah (c.c.): "Göylərin və yerin yaradılışına insanları şahid etmədim" (Kəhf, 18/51) deməklə səmavi vəhy nəzərə alınmadan irəli sürülən hər iddianın zənn və fərziyyədən ibarət olacağına işarə edir. Məhz bu meyarların bir bütün olaraq nəzərə alınmaması nəticəsində rədd edilən nə qədər “Quran” ayəsi və hədis var ki, elmin inkişafına paralel şəkildə onların həqiqət olduğu yenə də elmi nailiyyətlərlə təsdiqlənmişdir. Məsələn, “Qurani- Kərim”də dölün ana bətnində keçirdiyi embrioloji mərhələlərinin izah edilməsi. Mütəzili (Mütəzilə məzhəbindəki kimi) mənada rasionalist olan Ömər Xəyyama bu məsələ soruşulanda bu ayələrin əsl izahı bu deyil, deyib “Quran” həqiqətlərinə qarşı çıxmışdır. Və ya bəzi alimlər, Bədiüzzamanın yanaşması ilə, həşrə (öldükdən sonra dirilmə) qışdan sonra baharın gəlməsi dəlilinə əsasən inanılması mümkün ikən: "Ağıl miqyası ilə ölçüləcək bir məsələ deyil, yalnız inanılır" deyiblər. Çünki alimlər bəhs olunan hadisələrdə ağılı və müşahidəni əsas götürmüş, təməl əsasları bu yolla yozmağa çalışmışlar. Fərabi, İbni- Rüşd kimi dühalar belə bir sıra Qərbli fəlsəfi cərəyanların təsiri altına düşüb, peyğəmbərlik və vəhyi izah edərkən -haşa- bunlara bir fantaziya olaraq baxmış və sonra da bunu əks etdirmişlər. Bəziləri də filosofların ağıldan istifadə etməklə gəldikləri mövqe etibarı ilə onları peyğəmbərlərdən daha üstün hesab etmişlər. Onlar Allahın peyğəmbərlərə dünyada vəzifələrini yerinə yetirərkən beyinlərini partladarcasına, göbəklərini çartladarcasına bir cəhd,əzm nümayiş etdirəcəklərini bildiyi üçün peyğəmbərliyi bir avans olaraq onlara verdiyini düşünə bilməmiş, bu incə nöqtəni qavraya bilməmişlər. Bu yöndən filosoflar Aristotelin davamçıları və şagirdləri qəbul edilə bilər. Lakin İslam aləmi bir bütün olaraq nəzərə alınsa, bu cür təhlükəli fikirlərə düşməyən insanların da olduğu görüləcək. Məsələn, Zöhravi, Əli Quşçu, Cəlaləddin Dəvvani, Gələnbəvi kimi İslam alimləri son dərəcə dindar olmaqla yanaşı, həyatlarında bu cür yanlış fikirlərə girməmiş və dövrlərində öz nüfuzunu hiss etdirmişlər. Molla Xosrov, Xərəzmi kimi şəxsiyyətlər pozitivist mənada elmlərə hakim olduqları kimi, istifadə etdikləri üsul və əsərlərlə də əsrlər boyu Qərb aləmində elmdə liderlik etmiş və onların 95 faizi doğru istiqaməti qoruyub dindar həyat keçirmişlər.
Nəticə olaraq, elmin səbəblərini bir bütün olaraq nəzərdən keçirməklə hədəfə varmaq lazımdır. Bu səbəbi bir-birindən ayrılıqda, müstəqil olaraq əsas götürmək, elmi məlumatları yeganə qaynaq qəbul etmək insanlığı doğru yoldan sapdırmışdır. Bu davam etdiyi müddətdə belə yanlışlıqlar olacaq. İnsan dünən səhv dediyinə, bu gün doğru demək məcburiyyətində qalacaq. Halbuki, elmin təməlinə vəhyin qoyulması, havassu-səlimə və ağılla çərçivəyə alınması, bu mövzuda yeganə və yanıltmaz yoldur.

Simsar.az






20 Aprel, 2012  17:03 Baxılıb: 1383 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner