Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Səhnəmizin “Qaynana”sının doğum günüdü

Nəsibə xanım səhnədəki rolları, obrazları ilə yaddaşlarda yaşayır

Bu gün Azərbaycan səhnəsinin "Qaynana"sı, tamaşaçıların sevimlisi Nəsibə Zeynalovanın doğum günüdü. Aramızdan ayrılmasından 8 il keçsə də Nəsibə xanım səhnədəki rolları, obrazları ilə yaddaşlarda yaşayır.
O, 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycanın milli realist aktyor məktəbinin banisi də məhz Cahangir Zeynalov olub.
Səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa kimi işləməyə başlayan N.Zeynalova sonradan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasında fəaliyyətə başlayıb. Eyni zamanda Bakı Teatr Məktəbində aktyorluq təhsili alıb.
Texnikumda oxuyarkən Katerina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.
Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa Gülpəri, Cahan xala, Sənəm, Mələk xanım və Kələk xanım kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü çağdaş bəstəkarların musiqili komediya tamaşalarındakı komik personajları ifa etməsi ilə bağlıdır. Bu baxımdan aktrisanın Xanpəri ("Dərviş Məstəli şah"), Nargilə ("Gözün aydın"), Şərəf və Nisə ("Durna") və digər rollarını qeyd etmək olar.
Nəsibə xanım həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") tamaşaçıların yaddaşında qalıb.
Musiqili teatrımızın inkişafında xidmətlərinə görə, əməkdar artist, sonra isə xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatı adını alıb.
Onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkilib.
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

Xatirə






20 Aprel, 2012  16:24 Baxılıb: 1205 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner