Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qeyri-sabit hava şəraiti davam edəcək

  Gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir  

Yaxın 3 gündə Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Simsar.az-a verilən məlumata görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.


Aprelin 22-də dəyişkən buludlu hava olacaq, əsasən yağmursuz. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq gözlənilir.


Aprelin 23-də dəyişkən buludlu hava olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında aprelin 21-də əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Aprelin 22-23-də əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi 23-də arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-16 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.






20 Aprel, 2012  16:24 Baxılıb: 944 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner