Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dubay əmiri və nümayəndə heyəti “Ağ şəhər” layihəsi ilə tanış olub

İki ölkə arasında investisiya imkanları müzakirə edilib

Bakıda olan Dubay əmiri administrasiyasının rəhbəri Məhəmməd Əl   Şaybani rəhbərlik etdiyi Dubay nümayəndə heyəti Azərbaycanın investisiya imkanları ilə tanış olub. Bu barədə Simsar.az-a İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətindən məlumat verilib. Məhəmməd Əl Şaybani həm də Dubay İnvestisiya Korporasiyasının baş icraçı direktoru, Dubay Bankının və Dubay İslam Bankının İdarə Heyətinin sədridir.
Dubay nümayəndə heyəti İİN-də olub, nazir Şahin Mustafayevlə görüşüb. Görüşdə mövcud iqtisadi əlaqələr və qarşılıqlı investisiya imkanları müzakirə edilib.
“Bakı Ağ şəhər ofisi binası”nda keçirilən tədbirdə sosial-iqtisadi nailiyyətlər, ölkədə yaradılmış biznes mühiti və investisiya imkanları, həyata keçirilən layihələr, investisiya layihələri barədə qonaqlara məlumat verilib.
“Ağ şəhər” layihəsinin direktoru Ruslan Sadıxov layihə barədə ətraflı məlumat verərək, “Ağ şəhər” layihəsinin dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən, ən iri müasir layihələrdən biri olduğunu qonaqların diqqətinə çatdırıb.
Tədbirdə ölkəmizin turizm imkanlarının, eləcə də bir sıra iri Azərbaycan şirkətlərinin investisiya layihələrinin təqdimatı keçirilib.
Nümayəndə heyətinin bir sıra görüşlərinin keçirilməsi, turizm imkanları ilə tanışlıq üçün bölgələrə səfərləri nəzərdə tutulur.

Xatirə






20 Aprel, 2012  16:11 Baxılıb: 1272 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner