Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

"Sulutəpə hadisəsi" ilə bağlı cinayət işi başlandı

Aprelin 18-də ARDNŞ-ın və yerli sakinlərin qarşıdurmasını polis çözəcək

Bakının Sulutəpə qəsəbəsində baş verən insidentlə bağlı cinayət işi başlanıb.

 Bu barədə Simsar.az-a Binəqədi Rayon Polis İdarəsindən bildirilib. 

Məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakının Sulutəpə qəsəbəsində qanunsuz tikililərin söküntüsünü həyata keçirən zaman evləri sökülən sakinlərlə ARDNŞ əməkdaşları arasında baş verən qarşıdurma ilə əlaqədar Rayon Polis İdarəsinin istintaq şöbəsində fakta görə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisədə günahkar olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq aparılır, zəruri izahatlar alınır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aprelin 18-də ARDNŞ əməkdaşları tərəfindən, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililər sökülərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirib və bu zaman sakinlərdən İdrak Abbasov və Camal Əliyev də xəsarət alıblar. İ.Abbasov və C.Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Daha sonra sakinlər Bakı-Şamaxı yolunun 13-cü km-də avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Cəhdin qarşısı alınıb, onlardan 10 nəfəri Binəqədi RPİ 40-cı PB-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılıblar.






20 Aprel, 2012  15:39 Baxılıb: 1002 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner