Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

"Qalaaltı" restoranı yanır

Ətraf meşəliklər və yaşayış yerləri yanğından mühafizə olunub

Ötən gecə Şabranın dağ massivində yerləşən və müalicəvi istirahət müəssisəsi olan “Qalaltı” sanatoriyasında yaanağın baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın sökülərək yenidən qurulacaq sanatoriyanın korpusunda baş verib. Yanğınla əlaqədar hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə İdarəsinin 2 maşını yollanıb. Söküləcək korpusun çox hissəsi taxta konstruksiyadan ibarət olduğu üçün yanğını söndürmək mümkün olmayıb. Yanğınsöndürənlərin səyi nəticəsində ətrafda olan digər yaşayış yerləri və həkimlərin binası yanğından mühafizə edilib.
Sanatoriya meşəlik massivinin yaxınlığında yerləşdiyi üçün yanğının meşəliyə keçməsi təhlükəsi yaranıb. Lakin ətraf meşəliklər yanğından mühafizə edilib.

Sanatoriyanın baş həkimi Vahid Vəliyev ANS PRESS-in bölgə müxbirinə bildirib ki, yanan bina bu gün sökülməli idi. O yanğının qəsdən törədildiyindən şübhələndiyini bildirib.

Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəhbərliyindən verilən məlumata görə, faktla bağlı araşdırma başlayıb.






20 Aprel, 2012  15:17 Baxılıb: 1025 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner