Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elmar Məmmədyarov türk həmkarı ilə görüşdü

Görüşdə regiondakı məsələ müzakirə edilib.

Azərbaycan Respublikasının Xarici İşlər naziri, Elmar Məmmədyarov NATO Mənzil Qərargahında ISAF iclasında iştirak etmək üçün Brüsselə işgüzar səfəri çərçivəsində 19.04.2012-ci il tarixində Türkiyə, Ukrayna, Çernoqoriya və Yeni Zelandiyanın Xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. Bu barədə Simsar.az-a XİN-in mətbuat xidməti məlumat verib.

Türkiyə Xarici İşlər naziri, Əhməd Davudoğlu ilə keçirilən görüşdə tərəflər ölkələrimiz arasında artan dinamik əməkdaşlıqdan məmnunluq hissini bölüşüb, regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edibdir. Bundan sonra hər iki nazir Türkiyə mətbuat nümayəndələri ilə görüş keçiriblər.

Yeni Zelandiyanın Xarici İşlər naziri, Murray McCully ilə ikitərəfli görüş zamanı tərəflər iki dövlət arasında münasibətlərin inkişafı perspektivinə dair fikir mübadiləsi aparıb. Bu xüsusda, Yeni Zelandiya naziri Azərbaycanlı həmkarını ölkəsinə rəsmi səfərə dəvət etmişdir. Görüşdə tərəflər qarşılıqlı rəsmi səfərlərin edilməsi barədə razılığa gəlibdir.

Azərbaycan Respublikasının Xarici İşlər naziri, cənab Elmar Məmmədyarovun Gürcüstan, Ukrayna və Çernoqoriyadan olan həmkarları ilə görüşlərində tərəflər arasında qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilibdir.






20 Aprel, 2012  15:08 Baxılıb: 899 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner