Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DSX-nın Aviasiya dəstəsinin helikopterləri ilk hava uçuşu edib

Dövlət Sərhəd Xidmətinin aldığı yeni helikopterlərin, zirehli transportyorların və silahların döyüş sıralarına qəbulu keçirilib

Dövlət Sərhəd Xidmətinin aldığı yeni helikopterlərin, zirehli transportyorların və silahların döyüş sıralarına qəbulu keçirilib. Dövlət Sərhəd Xidmətinin aviasiya dəstəsinin silahlanmasına qəbul edilən helikopterlər bu gün ilk hava uçuşu edib.

8 ədəd “Mi-35 M”, 4 ədəd “Mi-17 V1” və “Mi-8” tipli bir helikopter DSX-nın aviasiya dəstəsinin sıralarına qəbul olunub. Xidmətin hərbi aerodromunda keçirilən uçuşda 1 ədəd “Mi-35 M” tipli helikopter havada müxtəlif və çətin uçuş manevrləri sərgiləyib.

Qeyd edək ki, “Mi-35” helikopterləri “Mi-24” helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Daha güclü mühərrikə malik bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir. Helikopter gecə, gündüz, hər cür hava şəraitində 4 km-dən çox məsafədəki obyektləri tanımağa imkan verən peyk naviqasiya sistemi ilə təchiz olunub.

Həmçinin Türkiyədən alınmış “Kobra”, VPT və “Land-roverdefender” tipli zirehli personal daşıyıcıları, “İqla S” tipli portativ zenit raketi, “Skif” tipli tank əleyhinə idarə olunan raket də sərhəd qoşunlarının silahlanmasına qəbul edilib.






20 Aprel, 2012  02:13 Baxılıb: 1684 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner