Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ARDNF-in aktivləri 32,4 milyard dollara çatıb

Dövlət Neft Fondunun büdcə gəlirləri 3 586,9 milyon manat, büdcə xərcləri isə 1 919,9 milyon manat təşkil edib

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2012-ci ilin yanvar-mart ayları ərzində büdcə gəlirləri 3 586,9 milyon manat, büdcə xərcləri isə 1 919,9 milyon manat təşkil edib. Fonddan Simsar.az-a verilən məlumata görə, yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 352,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 349,4 milyon manat, tranzit gəlirləri 1,3 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil edib.

Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 234,5 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar gəliri 336,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-in 2012-ci il büdcəsinin icrası çərçivəsində 1 839,8 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Bundan əlavə qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 48,7 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 20,8 milyon manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 3,7 milyon manat, Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 4,8 milyon manat ayrılıb. Bu ilin I rübü ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 2,1 milyon manat olub.

Beləliklə, 2012-ci il aprelin 1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29 800,0 milyon dollar) nisbətən 8,6 faiz artaraq 32 359,4 milyon dollara bərabər olub.

Həmçinin qeyd edilir ki, 2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və bu dövr ərzində qızıl ehtiyatı 2 804 kq (90 143 unsiya) təşkil edib.






19 Aprel, 2012  23:03 Baxılıb: 1038 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner