Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

ARDNŞ-in baş hüquqşünası jurnalistlərin döyülməsinə aydınlıq gətirdi

“Onlar təsadüfən döyülüblər”


Dövlət Neft Şirkətinin (ARDNŞ) hüquq idarəsinin rəhbəri Eldar Orucov bu gün Beynəlxalq Mətbuat Mərkəzində Sulutəpədə sökülən evlərlə bağlı mətbuat konfransı keçirib.

Mətbuat konfransında iştirak edən Simsar.az-ın əməkdaşının verdiyi məlumata görə, Eldar Orucov bildirib ki, neft şirkəti 2006-cı ildən etibarən qanunsuz tikilillərə qarşı mübarizəni gücləndirib: “Qanunsuz tikililər neft-qaz çıxarma əməliyyatlarına mane olur. Xarici şirkətlərlə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinin icrasına çətinlik yaradır. Və iqtisadi təhlükə törədir. Qanunsuz tikililəri siyahıya alıb, onların xəritəsini hazırlamışıq. Siyahını müvafiq icra hakimiyyətlərinə göndərmişik. Siyahı təsdiqlənib”.

Sulutəpədə aparılan söküntü zamanı iki jurnalist-“Ayna-Zerkalo” və “Yeni Müsavat” qəzetinin əməkdaşları İdrak Abbasov və Günay Musayevanın döyülmələrinə gəldikdə isə O.Zalov deyib ki, onlar təsadüfən döyülüblər: “Sakinlər polislərə və bizim işçilərə zor tətbiq ediblər. Bu zaman jurnalistlər də xəsarət alıblar. Jurnalistlərin döyülməsi məsələsini araşdırmaq məqsədilə ARDNŞ-də komissiya yaradılıb. Komissiyayaya ARDNŞ prezidentinin müavini Mikayıl İsmayılov rəhbərlik edir”.

Dövlət Neft Şirkətinin (ARDNŞ) Təhlükəsizlik İdarəsinin rəhbəri Rəşad Əliyev mətbuat konfransında iştirak etməyib.

FATİMƏ






19 Aprel, 2012  21:49 Baxılıb: 1211 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner