Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ZİYALILAR FORUMU-İCTİMAİ PALATA ƏMƏKDAŞLIĞI NƏ VƏD EDIR?

Aydın Mirzəzadə, Əkrəm Əylisli və Zərdüşt Əlizadə yaxınlaşmaya münasibət bildirib

“Ziyalılar Forumunin İctimai Palata ilə hər hansı formada əməkdaşlıq etməsi ictimaiyyət üçün o qədər də maraqlı deyil”.
Bunu Simsar.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Ziyalılar Forumu ilə İctimai Palata arasındakı razılaşmaya münasibət olaraq bildirib.

Qeyd edək ki, aprelin 18-də İctimai Palatanın Koordinasiya Şurasının nümayəndə heyəti ilə Azərbaycan Ziyalılar Forumunun nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə ölkədəki vəziyyət müzakirə olunub və hər iki qurumun fəaliyyətlərinin koordinasiya olunması barədə razılıq əldə olunub.

A.Mirzəzadənin sözlərinə görə, kiçik bir qrupun müxalifətlə əməkdaşlıq etməsi onların gücünü artırmayacaq.

Ziyalılar Forumunun üzvü, yazıçı Əkrəm Əylisli Simsar.az-a açıqlamasında qeyd edib ki, onun bu razılaşmadan xəbəri yoxdur: “Nə baş verdiyini bilmirəm, sizdən eşidirəm. Hələ heç nə deyə bilmərəm”.
“Ziyalılar Forumunun müxalifətlə əməkdaşlığına necə baxırsız” sualına yazıçı “heç nə deyə bilmərəm” şəkilində cavab verib.

Ziyalılar Forumunun üzvü, politoloq Zərdüşt Əlizadə Azpolitika.info-ya açıqlamasında İctimai Palatanın liderlərinin məqsədi ziyalılardan istifadə etməkdir: «Ziyalılar Forumunun üzvü kimi, mən 22 aprel mitinqində iştirak etməyəcəm. Çünki, İctimai Palatanın liderlərini yaxşı tanıyıram. Xalq Cəbhəsini yaradanlardan biri də mən olmuşam. Bunlara yaxşı bələdəm. Onlar xalqın ümidlərini hər dəfə qırıblar. Xalqın onlara inamı azalan kimi ziyalılara müraciət edirlər.Görəndə ki ayaqları yer tutdu, yəni özlərində bir az güc tapdılar, ziyalıları kənara tullayırlar. Onlar nə vaxtdan ziyalı və savadlı insanların məsləhətinə qulaq asıblar? Özlərini hamıdan ağıllı hesab edirlər. Düzgün hesablanmış hərəkət etmək keyfiyyəti bunlarda yoxdur. Bu dəfə də belə olacaq. Xalqın ümidini yenədə çilik-çilik edəcəklər. Yenədə kənara atdıqları və məsləhətlərinə qusaq asmadıqları ziyalılara müraciət edəcəklər ki, xalq arasında itmiş nufuzlarını bir qədər artırsınlar. Bu proses indiyə kimi davam edib. Sonsuza qədər də davam edəcək».
İki qurum arasında əldə olunan razılığın ictimai-siyasi proseslərə təsirinin cüzi olacağını bildirən Zərduşt Əlizadə bunun səbəbini müxalifətin siyasi səbatsızlığında olduğunu dedi:
«Mitinqə 30-40 nəfər adam artıq gələcək. Siyasi proseslərdə elə də aktivlik olmayacaq. Çünki, müxalifət nəyi və nə vaxt etməyi bilmir».






19 Aprel, 2012  21:28 Baxılıb: 1078 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner