Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rövnəq Abdullayev Sulutəpə olaylarının araşdırılması barədə əmr verdi

"Lazımi tədbirlər görüləcək" 

ARDNŞ prezidenti Rövnəq Abdullayev bu il aprelin 18-də Sulutəpə qəsəbəsində baş vermiş olaylarının araşdırılması üçün komissiya yaradılması barədə əmr imzalayıb.

Simsar.az-ın ARDNŞ-in saytına istinadən verdiyi xəbərə görə, əmr neft-qaz əməliyyatları üçün nəzərdə tutulmuş mədən ərazilərində qanunsuz inşa olunan yarımçıq tikililərin qarşısının alınması məqsədilə Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin hüquq-mühafizə orqanları ilə birlikdə keçirdiyi tədbir zamanı baş vermiş hadisələrin, kütləvi informasiya vasitələrində yayımlanmış video və foto görüntülər, eləcə də əldə edilmiş digər materiallar əsasında şirkət əməkdaşlarının və hadisələrin digər iştirakçılarının əməllərinin ətraflı araşdırılması və obyektiv qiymətləndirilməsini təmin etmək məqsədilə imzalanıb. 
Əmrdə Təhlükəsizlik İdarəsi tərəfindən aprelin 18-də həyata keçirilmiş tədbir barədə ətraflı məlumat toplanılması, KİV-də yayımlanmış məlumatların araşdırılması, tədbir zamanı öz vəzifə funksiyalarını yerinə yetirməmiş və ya lazımi qaydada yerinə yetirməmiş, jurnalistlərə münasibətdə hüquqazidd hərəkətlərə yol vermiş əməkdaşların dairəsinin müəyyən edilməsi, onlar barəsində lazımi tədbirlər görülməsi barədə təkliflər verilməsi tapşırılıb.

Eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoymadan qanunsuz tikililəri inşa etmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ətraflı məlumatların toplanılması və mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilməsi də nəzərdə tutulub. Komissiya tərəfindən görülmüş tədbirlər barəsində ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasının vacibliyi də qeyd olunub.

Şirkətin Təhlükəsizlik İdarəsinə özbaşına tikililərin qarşısının alınmasında iştirak edən əməkdaşların konflikt şəraitində qüvvədə olan qanunvericiliyin, ARDNŞ-nin daxili normativ sənədlərinin tələblərinə, vəzifə təlimatlarına ciddi əməl olunmasına, hüquqazidd hərəkətlərə yol verilməməsi üçün zəruri təbliğat, maarifləndirmə tədbirlərini həyata keçirilməsi, şəxsi heyətin belə tədbirlər zamanı nümunəvi davranış qaydalarına riayət etməsi üçün təbliğat işinin təşkil edilməsi tapşırılıb.






19 Aprel, 2012  20:54 Baxılıb: 997 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner