Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hacıbəy Heydərli: “Kənardan baxanlar elə bilirlər ki, pulumuz çoxdu”- MÜSAHİBƏ

“Bizim Facebook səhifəmiz Ermənistanın ən nüfuzlu xəbər saytı hesab olunan news.am-ın Facebook səhifəsini qabaqlayır”

Bu gün “Azxeber.com” xəbər portalının 2 yaşı tamam olur. 2010-cu ilin aprel ayında tələbələrin təsis etdiyi portalın bu gün minlərlə oxucusu var. 2 illik fəaliyyətləri barədə baş redaktou Hacıbəy Heydərli ilə söhbətləşdik.


- İki il ərzində hansı işlər görmüsüz?
- Biz Bakı Dövlət Univeristetinin jurnalistika fakultəsinin tələbələriyik. Saytı yaradanda bizim yanımızda heç kim yox idi, özümüzü tək hiss edirdik. Amma keçən il Mətubat Şurasında bir yaşımızı qeyd edəndə gördük ki, biz tək deyilik. Yanımızda olanlar, bizim xəbərlərimizə güvənib oxuyanlar çoxdur. İki il ərzində saytdakı fəaliyyətimizdə gənclərin nəbzini tutmağa çalışdıq. Çünki, elə özümüz də gəncik. Bu vaxt ərzində kifayət qədər uğurlar da qazandıq. Artıq bizim sayta gün ərzində 13-15 min nəfər daxil olur, xəbərlərin oxunma sayı 40-45 mindir. Bu, hər gəncin bacara biləcəyi bir iş deyil. Elə hallar olur ki, muxbir yüksək maaş alsa da ortalığa heç bir iş qoya bilmir. Amma biz yüksək maaş, maddi dəstək olmadan bir çox uğur qazandıq, çünki bizim üçün pul əsas meyar deyil. Onu da qeyd edim ki, bizim Facebook səhifəmizdə 52 mindən çox üzvümüz var. Bu o deməkdir ki, biz 52 min nəfərə sözümzü çatdıra bilirik. Mən bu yaxınlarda ABŞ-da oldum, orada deyəndə ki, bizim Facebook səhifəmizdə 52 mindən çox üzvümüz var, onlar da təəccübləndilər ki, siz buna necə nail olmusuz? İndiyə qədər Ermənistanın news.am saytının isə Facebook səhifəsində 50 min üzv var, artıq biz onları keçmişik.

- Hazırda çoxlu sayda sayt var ki, xəbər verməklə məşğuldur. Siz bunlardan hansını özünüzə rəqib görürsünüz?
- Hazırda demək olar ki, hər gün yeni bir sayt yaranır. Amma bunların hamısı normal jurnalistika ilə məşğul olmur. Bir qismi reket fəaliyyətlə məşğuldur. Bu da qanundakı boşluqdan irəli gəlir ki, onlar barədə heç bir iş görülmür. Buna baxmayaraq oxucu qiyməti ən düzgün qiymətdir. Oxucular hər şeyi bilir və düzgün qiymətləndirirlər.

- Saytın nə qədər işçisi var?
- Biz saytı qrup yoldaşım Əfsələddin Ağalarovla birlikdə yaratmışıq. Saytı yeni yaradanda çətinliklərimiz çox olub. İlyarım ofissiz fəaliyyət göstərmişik. Artıq ofisimiz var. Kollektivimiz cəmi beş nəfərdir. Hər biri müəyyən istiqamətlər üzrə bölünüb, hərəsinə bir sahə həvalə edilib. Yəni, biz, beş nəfər gənc heç bir maddi dəstək olmadan belə uğur qazana bilmişik. Kənardan baxanda hamı düşünür ki, bizim böyük, geniş ofisimiz, böyük kollektivimiz var, maddi dəstək alırıq və arxayınıq. Bizim insnalarda belə düşüncə formalaşdırmağımız yaxşı haldır. Amma, əslində onların düşündüyü imkanlara malik deyilik. Hətta bu yaxınlarda tədbirlərin birində bir nəfər yaxınlaşdı mənə, biləndə ki, azxeber.com-un redaktoru mənəm təəccübləndi. Düşünürmüş ki, redaktor kimi 50-60 yaşlarında bir kişi ilə qarşılaşacaq (gülür).

- Saytınıza oxucu rəyləri necədir? Tənqid olunursuz?

- Şərh bölməsi açıq olan bir çox saytlar var, eynilə bizdə də şərh bölməsi açıqdır. Biz də digər saytlar kimi tənqid olunuruq. Bizi əsasən açıq-saçıq xəbərlərə görə tənqid edirlər. Düşünürlər ki, bu xəbərləri vermək düzgün deyil. Mən həmişə bu sözü eşidəndə deyirəm ki, biz sayta gün ərzində 50-yə yaxın xəbər qoyuruq, siz niyə məhz o xəbərlərə həssaslıqla yanaşırsız? Dünyanın bir çox ciddi xəbər saytlarında da bu tip xəbərlərə yer verilir. Onu da qeyd edim ki, bu yaxınlarda Ramil Səfərovun tərcümə etdiyi kitabın təqdimat mərasimi oldu və biz də bu barədə sayta xəbər qoymuşduq. Həmin xəbər 10 dəqiqə ərzində 60 dəfə oxundu. Ondan bir gün əvvəl isə biz erməni porno ulduz Kim Kardaşyanla bağlı xəbər qoymuşduq. Həmin xəbər isə 10 dəqiqə ərzində 3 min dəfə oxunmuşdu. Mənə də maraqlıdır ki, bu üç min nəfər kimdir. İnanmıram ki, Kim Kardaşyanın erməni həmvətənləri açıb o xəbəri oxusun, bu xəbəri oxuyan çox güman ki, bizimkilərdi və saytı tənqid edənlərdi. Yəni, biz heç kimə məcburi xəbəri oxutdurmuruq. Xəbəri hər kəs özü açır. Onu da deyim ki, biz bütün tənqidlərə açığıq. Bizdə kin-küdurət yoxdur. Arzu edirəm ki, 3 yaşımızı və ondan sonrakı ad günlərimizi daha geniş çərçivədə və daha böyük uğurlarla qeyd edək. Ad günümüzlə bağlı bu gün əksər saytda xəbər verilib, düşüsnürəm ki, ən orjinalı sizdə olacaq (gülür.)

Simsar.az saytı adından azxeber.com-un kollektivini bir daha təbrik edirik.


Fatimə Kərimli






19 Aprel, 2012  20:21 Baxılıb: 2323 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner