Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Media Hüququ İnstitutundan qan qaraldan hesabat

Jurnalistlər döyülür, tutulur, cərimələnir...

Media Hüququ İnstitutu aprelin 19-da 2012-ci ilin yanvar-mart aylarında Azər¬bay¬can me¬di¬a¬sın¬da baş ve¬rən önəmli hüquqi ola¬y¬¬ları əhatə edən aralıq hesabatı açıqlayıb.

Simsar.az-ın məlumatına görə, hesabatın təqdimat mərasimində çıxış edən MHİ-nin direktoru Rəşid Hacılı bildirib ki, aprel ayınadək altı jurnalist həbs olunub, onlar 2011-сi ilin avqust ayından sonrakı dövrdə tutulublar. “Hazırda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Xural”ın bölgə müxbiri Aydın Canıyev, dini məzmunlu islamazeri.org saytının baş redaktoru Ramin Bayramov, İranın “Səhər” telekanalının Bakı reportyoru Anar Bayramlı, Qubadakı regional “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, “Xəyal” TV-nin baş redaktoru Zaur Quliyev həbsdədir. Bu jurnalistlərə qarşı irəli sürülən rəsmi ittihamların əksəriyyəti onların peşə fəaliyyəti ilə bağlı deyil. Həbsdəki jurnalistlər rüşvət almaqda, vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqda, xuliqanlıqda, narkotik vasitələri əldə etmə, saxlamada, qanunsuz olaraq odlu silah əldə etmə, saxlamada, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmədə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar”.


Daha sonra defamasiya haqqında qanunun qəbul olunmasının gecikdirilməsindən danışan MHİ sədri bildirib ki, hazırda cəmiyyət həm jurnalist peşəkarlığı, həm də ifadə azadlığı standartları baxımından jurnalist yazılarına ədalətli, düzgün qiymət vermək qabiliyyətində deyil. “İfadə azadlığı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin müəyyən etdiyi standartların ölkədə oturuşması üçün, Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarların məhz Avropa Məhkəməsinin qəbul etdiyi qərarların stadartına uyğunlaşdırılması üçün Defamasiya haqqında qanunun qəbulu vacibdir. Hazırda Avropa Məhkəməsində İfadə Azadlığının pozulması ilə bağlı Azərbaycandan yetmişdən çox şikayət var. Bu cür şikayətlərin çoxalmasının qarşısın almaq baxımından Defamasiya haqqında qanun qəbul olunmalıdır.

MHİ-nin koordinatoru Xalid Ağaliyev aralıq hesabatı təqdim edib. O qeyd edib ki, hesabat aprelədək 6 jurnalist həbs olunb, neçə gün öncə isə tanınmış jurnalist Fərəməz Novruzoğlu da detallı bilgi verilməyən ittihamlarla həbs edilib. Jurnalistlərə qarşı irəli sürülən ittihamların əksəriyyəti ciddi şübhələr doğurur. “Həbsdə olan jurnalistlərin vəkilləri və yaxınları bu ittihamların qurama olduğunu, həbslərin əsil səbəbinin tənqidçiləri susdurmaq olduğunu bildirirlər”- deyə hesabatda vurğulanır.
Sənədə görə, ötən 3 ayda media, jurnalistlərlə bağlı 15 iddia və şikayət məhkəmə icraatına qəbul edilib. Beş iş xüsusi ittiham qaydasında qaldırılıb, həmin işlərdə jurnalistlərin həbsi istənilir. 3 ayda mediadan istənilən kompensasiyanın ümumi məbləği 2 000 850 AZN-dən artıqdır. Məhkəmə qərarları ilə medianın üzərinə ən azı 58 000 AZN təzminat ödəmək vəzifəsi qoyulub. Xalid Ağaliyev bildirib ki, şikayət və iddiaların hamısı tənqidi mediaya qarşı yönəlib.

Son 3 ayda media, jurnalistlər ən azı 30 dəfə fiziki, psixoloji basqılara, hədələməyə, texniki əngəllərə məruz qalıblar. Basqıyla üzləşən jurnalistlərin əksəriyyəti tənqidi məzmunları ilə seçilirlər.

Hesabatda vurğulanır ki, bilgi azadlığını tənzimləyən “İnformasiya əldə etmək haqqında” Qanunun işləməsində problemlər qalmaqda davam edir. Media Hüququ İnstitutunun, eləcə də digər sivil toplum quruluşlarının araşdırmalarına görə, bilgilərin açıqlığı 25-30 faiz civarındadır. Topluma, mediaya açıq tutulan bilgilər daha çox ümumi xarakterli, böyük ictimai tələbat duyulmayan bilgilərdir”.

Hesabatın təqdimatında çıxış edən Şahvələd Çobanoğlu, Ələsgər Məmmədli, Yaşar Cəfərli, Mehman Əliyev hesabatda göstərilən məlumatların medianın azadlığının göstəricisi olduğunu deyib, qeyd ediblər ki, ölkədə jurnalistlərə qarşı baş verən hadisələr, həmçinin aprelin 18-də Sulutəpədə söküntü zamanı jurnalist İdrak Abbasovun döyülməsi həm də digər jurnalistlərə qarşı psixoloji təzyiq kimi qiymətləndirilməlidir.


RUSLAN






19 Aprel, 2012  19:49 Baxılıb: 1071 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner