Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yeni elektron gömrük xidməti istifadəyə verildi

"Sərnişin bəyənnaməsi" elektron xidməti vətəndaşların gömrük sərhəddindən keçidini asanlaşdıracaq

Azərbaycanda gömrük prosedurlarının avtomatlaşdırılması və elektron gömrük xidmətlərinin təşkili məqsədilə Dövlət Gömrük Komitəsində (DGK) geniş miqyaslı İKT layihələrinin tətbiqi davam etdirilir.

 DGK mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, hazırda ölkə prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələr uğurla yerinə yetirilir.

Bununla əlaqədar komitə sədrinin 25 may 2011-ci il tarixli əmrinə əsasən, DGK sistemində gömrük prosedurları və xidmətlərinin təkmilləşdirilməsi, kağız üzərində yazılı sənədlərdən istifadənin məhdudlaşdırılaraq elektron formada həyata keçirilməsi və biznes proseslərin kağızsız texnologiya əsasında qurulması, eləcə də elektron gömrük xidmətləri sahəsinin daha da genişləndirilməsi və s. tədbirlər həyata keçirilir.

Dövlət Gömrük Komitəsi bu yaxınlarda daha bir elektron xidmət - “Sərnişin bəyannaməsi” elektron xidmətini istifadəyə verib. Bundan sonra fiziki şəxslər DGK internet səhifəsindən (www.customs.gov.az) və ya gömrük-sərhəd buraxılış məntəqələrində quraşdırılmış “Gömrük” məlumat köşklərindən istifadə etməklə Azərbaycanın gömrük sərhədindən keçirdiyi malları, o cümlədən valyuta sərvətlərini elektron formada bəyan edə bilərlər.

Xatırladaq ki, təqdim olunan elektron gömrük xidməti vətəndaşların gömrük sərhədindən keçidini daha da asanlaşdırmaqla gömrük nəzarətində şəffaflığı təmin edir.






19 Aprel, 2012  19:06 Baxılıb: 1406 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner