Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Allahşükür Paşazadə Özbəkistana gedir

Nümayəndə heyətinin tərkibinə Milli Məclisinin bir qrup deputatı da daxildir

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyəti aprelin 20-də Özbəkistan Respublikasına səfərə yola düşür. QMİ-nin mətbuta xidmətindən Simsar.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisinin bir qrup deputatı daxildir. 

Aprelin 23-dək davam edəcək səfər zamanı nümayəndə heyəti Buxara və Səmərqənd şəhərlərində olacaq, tarixi, elmi və dini əhəmiyyət kəsb edən məkanları ziyarət edəcəkdir.

Buxarada Azərbaycan və Özbəkistan Elmlər Akademiyalarının birgə təşkilatçılığı ilə iki ölkə arasında tarixi, elmi, dini və mədəni əlaqələrə həsr olunmuş elmi-praktik konfrans keçiriləcəkdir. Konfransda QMİ-nin sədri tarix elmləri doktoru, professor Şeyxülislam A. Paşazadə, QMİ Elmi-dini Şurasının sədri akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatı, fəlsəfə elmləri doktoru Rəbiyyət Aslanova, Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli, tarix elmləri doktoru Şahin Fərzəliyev, tarix elmləri doktoru Anar İsgəndərov məruzə ilə çıxış edəcəklər.

Konfrans çərçivəsində Azərbaycan və özbək alimləri, şair və mütəffəkkirlərinin Azərbaycan-Özbəkistan əlaqələrinin dərinləşdirilməsi işinə verdikləri töhfələrdən danışılacaq, əslən azərbaycanlı olan Özbəkistan vətəndaşı - alim, pedaqoq, əruz vəzninin mahir bilicisi, özbək, Azərbaycan və fars dillərində əsərlərindən ibarət 4 cildlik kitab müəllifi İbrahim Qasiminin anadan olmasının 100-cü ildönümü anılacaqdır.






19 Aprel, 2012  18:30 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner