Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Elm və din xadimləri Özbəkistan gedir

Ölkələrarası əlaqələrə həsr olunmuş konfrans keçiriləcək 

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyəti aprelin 20-də Özbəkistan Respublikasına səfərə yola düşür. Bu barədə Simsar.az-a idarənin mətbuat xidmətindən məlumat verilib. 

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı daxildir.

Aprelin 23-dək davam edəcək səfər zamanı nümayəndə heyəti Buxara və Səmərqənd şəhərlərində olacaq, tarixi, elmi və dini əhəmiyyət kəsb edən məkanları ziyarət edəcək.

Buxarada Azərbaycan və Özbəkistan Elmlər Akademiyalarının birgə təşkilatçılığı ilə iki ölkə arasında tarixi, elmi, dini və mədəni əlaqələrə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.

Konfransda QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə, QMİ Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev, Milli Məclisin deputatları Rəbiyyət Aslanova və Fəzail İbrahimli, tarix elmləri doktoru Şahin Fərzəliyev, tarix elmləri doktoru Anar İsgəndərov məruzə ilə çıxış edəcəklər.

Konfrans çərçivəsində azərbaycanlı və özbək alim, şair və mütəffəkkirlərin Azərbaycan-Özbəkistan əlaqələrinin dərinləşdirilməsi işinə verdikləri töhfələrdən danışılacaq, əslən azərbaycanlı olan Özbəkistan vətəndaşı - alim, pedaqoq, əruz vəzninin mahir bilicisi, özbək, Azərbaycan və fars dillərində əsərlərdən ibarət 4 cildlik kitabın müəllifi İbrahim Qasiminin anadan olmasının 100-cü ildönümü anılacaq.






19 Aprel, 2012  18:22 Baxılıb: 1086 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner