Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

SEZEN KİREMİT: “TOLQA KAREL MƏNİ ALDATDI” - EKSKLÜZİV-FOTOSESSİYA

“Səhv edib, ailə qurdum”

2004-cü ildə Türkiyənin “Star” kanalında yayımlanan “Popstar” mahnı müsabiqəsində iştirakçı olub, 4-cü yeri qazanan müğənni Sezen Kiremit simsar.az-ın qonağıdır.

- Müsabiqə vaxtı çox bəyənilən iştirakçılardan olduğunuzu duyduq.
- Bəli, müsabiqədə ən çox bəyənilən iştirakçılardan idim. Amma davam etdirə bilmədim, səhv qərarlar verdim. Müsabiqədən sonra yarışmaçılar arasında birinci mən albom çıxartdım. Nazan Öncəllə işlədim.
- Səhv qərarlarınız nədən ibarət idi?
- Səhv edib, ailə qurdum və sənətimə ara verdim. Həyat yoldaşım müsabiqədə musiqi müəllimimiz olan Ahmet Özdən idi.
- Hal hazırda da ailəlisiz?
- 8 ildir ki, ayrılmışam. Peşman deyiləm, indi çox razıyam həyatımdan. Anamla yaşayıram. Atam dünyasını dəyişib.
- Niyə ayrıldız? Həyat yoldaşınız sizinlə kobud davranırdı?
- Bəli, o səbəbdən ayrıldım.
- Sevərək ailə qurmamışdız?
- Sevərək ailə qurdum. Amma sevgi bitdi, dəyişdi adam, kobudlaşdı.
- Övladınız var?
- Yox.
- Neçə il sənətinizə ara verdiniz?
- Çox da ara vermədim. Sənətə gələndə 19 yaşım vardı. İndi isə 27 yaşım var. Professional sənətçiyəm. Mənim bəstəkarlıq bacarığım da var.
- Kimlər mahnılarınızı oxuyub?
- Mustafa Sandal oxuyub. Hal hazırda Uğur Aslanla duet albomumuz var. Yeni çıxan albomunda 4 mahnıda şeir deyəcəm.
- Əvvəl şirkətlər mügənnilərə dəstək olurdu, işlərini görürdü. Bu gün durumun dəyişməsi yəqin sizə də təsir edib.
- Bəli, indi heç bir şirkət bu işlə məşğul olmur. Yardım edəcək sponsorlar da yoxdur. Albomumuzu öz vəsaitimizlə çıxarırıq, kiliplərimizi özümüz çəkdiririk. Bu da bizə sərf etmir. Bu vaxta qədər 3 albom çxartdım, bütün xərcləri özüm ödədim. Hətta evimi satmalı oldum.
- Evnizi satmağınıza dəydimi?
- O vaxt mübahisəli anlar oldu. Popstardan sonra məndən çox şey gözlənildiyi üçün özümü bu cür isbat eləmək istədim. Aktyor Tolqa Karel məni aldatdı. Söz verdi ki, albom çıxartmaqda mənə yardımçı olacaq. Mənə baha qiymətə satdığı “Kukla” adlı mahnını sən demə başqalarına da satıbmış. Halbuki, o mahnı üçün məndən 25 000 TL almışdı. Onun başıma açdığı oyundan dolayı hələ də sıxıntılar çəkirəm. Evimi məhz onun üzündən satdım.
- Amma çox da populyar olmadınız, tanınmadınız...
- Şöhrətə çox həvəsli deyiləm. Ətrafımdakılar məni həvəsləndirirdilər.
- Popstarda olanda şöhrət gözünüzü tutmurdu ki?
- Səhnəyə bağlı biri olduğum üçün məndə elə bir şey olmayıb.

 

Azər Nəsibov 






19 Aprel, 2012  17:37 Baxılıb: 1527 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner