Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan baletinin banisinin doğum günüdür

O, “Qız qalası”nı 33 yaşında yazıb

Bu gün İlk Azərbaycan baletinin – "Qız qalası"nın müəlifi, bəstəkar, dirijor, librettoçu, Azərbaycanın xalq artisti, Əfrasiyab Bədəlbəylinin anadan olmasından 105 il keçir. O, "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik poema və təntənəli marşın müəllifidir. Ə.Bədəlbəyli "Hacı Qara", "1905-ci ildə", "Fərhad və Şirin" və s. dram tamaşalarına musiqi bəstələyib.
Ə.Bədədlbəyli 19 aprel 1907-ci ildə anadan olub. Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb.
20 yaşında Cəfər Cabbarlının "Od gəlini" pyesinin musiqisini yazıb. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. Sonra isə Azərbaycan Dövlət Оpera və Balet Teatrında dirijоr vəzifəsində işləyib.
Ə. Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 33 yaşında ikən "Qız qalası" baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Bəstəkar "Qaraca qız" baletinin, "Aydın" operasının librettolarını yazıb.
Mərhum sənətkar "Musiqi haqqında söhbət", "Simfoniyetta", "Musiqi terminləri lüğəti" kitablarının müəlifidir.
O, 1976-cı il yanvarın 6-da dünyasını dəyişib.

Xatirə






19 Aprel, 2012  17:28 Baxılıb: 1944 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner