Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AZƏRBAYCANLA ALMANİYANIN ARASINI KİMLƏR VURMAQ İSTƏYİR?

Ərəstun Oruclu və Asim Mollazadə hesab edir ki, aranı Rusiya qarışdırır 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin müşavirəsində səsləndirdiyi ayrı-ayrı fikirlər müzakirə olunmaqdadır.

Ölkə başçısınını Azərbaycana qarşı xarici təzyiqlər, kampaniyalar barədə açıqlamasından sonra iqtidaryönlü mətbu orqanlarda bəzi Avropa ölkələri barədə geniş tənqidi məqalələr dərc olunub.

Öncə İ.Əliyevin xarici təhdidlərlə bağlı açıqlamasına diqqət yetirək. “Eurovision” mahnı müsabiqəsi ilə bağlı ölkəmizə qarşı mətbuatda çirkin kampaniya əfsuslar olsun ki, davam edir. Biz bu kampaniyanın arxasında hansı qüvvələrin dayandığını yaxşı bilirik. Yaxşı bilirik ki, hansı ölkənin mətbuatında bu kampaniya daha sürətlə gedir. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycan ilə bağlı çirkin, böhtan xarakterli yazılar gedir. Təbii ki, bu, əlaqələndirilmiş şəkildə aparılan bir siyasətdir. Ancaq bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaq. Çünki bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki, mən bu kürsüdəyəm heç vaxt olmayacaq. Biz öz yolumuzla gedəcəyik. Müstəqillik yolumuzla, azadlıq yolumuzla gedəcəyik!»


Müşavirənin səhəri gün hakim Yeni Azərbaycan Partiyasının orqanı olan «Yeni Azərbaycan» qəzetində Almaniyanın Azərbaycan siyasəti tənqid olunub. Bu ölkənin səfirinin müxalifət partiyalarına dəstək verməsi qeyd olunmaqla, dövlət səviyyəsində Azərbaycana qarşı kampaniya aparıldığı vurğulanıb.
Bildirək ki, son vaxtlar Almaniya mətbuatında Azərbaycan hakimiyyətinin ünvanına bəzi tənqidi məqalələr dərc olunub. Ölkədə demokratiya və insan haqlarının boğulması qabardılıb.

Azərbaycan-Almaniya münasibətlərindəki gərginliyin səbəbini öyrənmək üçün Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondunun Azərbaycan nümayəndəsinin rəhbəri, politoloq Ərəstun Orucluya müraciət etdik.

Ə.Oruclunun sözlərinə görə, baş verənlərin arxasında Rusiyanın maraqları durur: «Bu, Rusiyanın ənənəvi siyasətidir. Avropa ölkələrinin bəzi mətbu orqanlarında Azərbaycan əleyhinə məqalələr yazdırılır. Münasibətləri korlamaq istəyirlər. Bu yolla Azərbaycanı Rusiyaya daha da yaxınlaşdırmaq istəyirlər. Azərbaycanda da rusiyapərəst qüvvələr bu prosesə dəstək verirlər».
Ekspertin sözlərinə görə, Rusiyanın bu təxribatına getmək olmaz.

Millət vəkili Asim Mollazadə Simsar.az-a açıqlamasında qeyd edib ki, Rusiya MDB ölkələri ilə bağlı siyasətində müxtəlif manevrlərdən istifadə edir: «Məsələn, Qırğızıstanın Qərbə yaxınlaşmasının qarşısını almaq üçün Kreml hiyləgər siyasət işlədib. Əskər Akayev 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyatlar aparmaq üçün Manas hərbi bazasını ABŞ-a icarəyə verib. Bu Rusiyanın maraqlarına zidd idi. 2005-ci ildə Rusiya tüfeyli həyat tərzi sürən insanlara pul verib Əndicana yığdı və onları Akayevə qarşı qaldırdı. Akayev də onları qırdı. Bundan sonra Qərbin Akayevə qarşı münasibəti dəyişdi. Akayev hirslənib Manas hərbi bazasını ABŞ-dan aldı. Beləliklə Rusiyanın bu ölkədə maraqları təmin olundu. Eyni siyasəti Azərbaycana da tətbiq etmək istəyirlər»

Ruslan XƏLİL








19 Aprel, 2012  16:13 Baxılıb: 1306 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner