Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Yas mərasimində kütləvi zəhərlənmə

14 qadın, 7 kişi xəstəxanaya yerləşdirilib

Azərbaycanın Salyan rayonunda kütləvi zəhərlənmə baş verib.

 Bu barədə Simsar.az-ın yerli bürosuna Salyan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov məlumat verib. Onun bildirdiyinə görə, kütləvi zəhərlənmə aprelin 18-də, Salyan rayon mərkəzindən 45 kilometr məsafədə yerləşən Xıdırlı kəndində keçirilən yas mərasimində baş verib. Yas mərasimində yemək yeyəndən sonra bir çox şəxslərdə ürəkbulanma, qusma, mədə ağrıları müşahidə olunub. 

Mərasimdə iştirak edən 14 qadın, 7 kişi Salyan Mərkəzi Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Daha 10 nəfər isə Toksikoloji mərkəzə göndərilib. Xəstələrə ilk tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Yas mərasimində iştirak edənlərdən 31 nəfərin zəhərləndiyi bildirilir. İntiqam Abışovun bildirdiyinə görə, xəstələrdən, eləcə də onların qidalandığı bütün qidalardan nümunələr götürülüb. Nümunələrin analizindən sonra kənd sakinlərinin nədən zəhərləndiyi açıqlanacaq.






19 Aprel, 2012  15:54 Baxılıb: 984 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner