Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Deputat yeni icra başçısı ilə görüşüb

Deputat öncə seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Vahid Əhmədov Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşərək onları qəbul edib. Deputatın köməkçisi Arif Orucovun Simsar.az-a verdiyi məlumata görə, qəbulda 36 rayon sakini iştirak edib. Deputat qəbula gələn digər seçki dairəsinin ərazisində yaşayan sakinləri də qəbul edib. Qəbul zamanı ən çox qaldırılan məsələ mənzil şəraitinin yaxşılaşdırılması və evlə təmin olunma olub. 

Hər qəbul zamanı təkrarlanan məsələ-sosial yardımların təyin olunmasında və verilməsində yaranan problemlər və onların məmurlar tərəfindən gec həll olunması olub. Hal-hazırda rayon sakinlərini çox narahat edən məsələlərdən biri də işsizlik və işlə təmin olunmadı. Yaz tarla işlərinin başlanması ilə əlaqədar bir qrup sakin deputatdan bağçılıq və ziyanvericilərlə mübarizə üçün rayona gətiriləcək dərman preparatlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi işinə aidiyyatı qurumların diqqətini çəkməyi xahiş ediblər. Rayon üçün bu vacib məsələ deputat tərəfindən nəzarətə götürülüb.

Qəbuldan sonra millət vəkilinin Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə görüşüb və rayonda aparılan abadlıq işləri ilə tanış olub.






19 Aprel, 2012  15:54 Baxılıb: 837 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner