Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Coco-Cola"ya xəbərdarlıq

Qiymət artımı iqtisadi cəhətdən əsaslandırılmayıb

"Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-nin 16 aprel 2012-ci il tarixdən bir və iki litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin ("Coca-Cola", "Sprite" və "Fanta") qiymətlərini artırmaq niyyəti ilə əlaqədar, müəssisənin bu hərəkətində bazarda hökmran mövqedən sui-istifadə hallarının, o cümlədən süni qiymət artımının olub-olmamasının araşdırılması üçün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-dən zəruri məlumatlar tələb edilib.

 İqtisadi İnkişaf Nazirliyindən Simsar.az-a bildiriblər ki, lakin müəssisə tələb olunan məlumatları tam şəkildə təqdim etməyib və nəzərdə tutulan qiymət artımı iqtisadi cəhətdən əsaslandırılmayıb.

"Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-nin şəkərli sərinləşdirici spirtsiz içkilər bazarında hökmran mövqe tutması ilə əlaqədar bu bazarda rəqabətin vəziyyətinə və qiymətlərə təsir göstərmək imkanına malik olduğunu, qiymətlərin iqtisadi cəhətdən əsaslandırılmadan artırılmasının hökmran mövqedən sui-istifadə edilməsinə və qiymətlərlə manipulyasiya edilməsinə səbəb ola biləcəyini nəzərə alaraq, yuxarıda göstərilən tarixdən bir və iki litrlik şəkərli sərinləşdirici spirtsiz içkilərin qiymətlərinin artırılmasının təxirə salınmadan dayandırılması barədə Dövlət Xidməti tərəfindən "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-yə icrası məcburi göstəriş verilib.

Buna baxmayaraq, son günlər aparılan monitorinqlər zamanı "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC tərəfindən bir lirtlik şəkərli sərinləşdirici spirtsiz içkilərin ("Coca-Cola", "Sprite" və "Fanta") qiymətlərinin artırıldığı və nəticədə bu məhsulların pərakəndə satış qiymətlərinin 50 qəpikdən 60 qəpiyədək bahalaşdığı müəyyən edilib.

Dövlət Xidmətinin icrası məcburi göstərişinə əməl edilməməsi ilə əlaqədar "Azərbaycan Koka-Kola Bottlers LTD" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və araşdırmalara başlanıb.






19 Aprel, 2012  15:45 Baxılıb: 1101 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner