Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda 3 ayda jurnalistlərə 30 dəfə basqı olub

Media Hüququ İnstitutu jurnalistlərin döyülməsini pisləyən bəyanat yayıb

Media Hüququ İnstitutu tanınmış jurnalist İdrak Abbasovun və “Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayevanın peşə fəaliyyətini həyata keçirərkən Dövlət Neft Şirkətinin mühafizə xidməti əməkdaşları tərəfindən vəhşicəsinə döyülməsini, təhqir edilməsini, polis əməkdaşlarının olaya müdaxilə etməməsini, təcili yardım həkimlərini olay yerinə buraxmamasını kəskin pisləyir.

Simsar.az-a daxil olan bəyanatda bildirilir ki, jurnalistlər Dövlət Neft Şirkəti işçilərinin Sulutəpə qəsəbəsindəki qanunsuz tikililəri sökməsindən reportaj hazırlayarkən təzyiqlə üzləşiblər. İdrak Abbasov Sulutəpə qəsəbəsindəki evinin yaxınlığında söküntü işləri aparanlarla sakinlər arasında yaranan qarşıdurmanı videoya çəkərkən basqıya məruz qalıb. Mühafizə xidmətinin əməkdaşları İ. Abbasovun çəkiliş apardığını görəndə onun üstünə atılıblar, kamerasını əlindən alaraq yerə yıxıblar, təpikləyiblər. Olay şahidlərinin açıqlamalarına görə, hadisə yerindəki polis əməkdaşları qan içində olan jurnalistə yardım edilməsini əngəlləyib. Polis təcili yardım həkimlərini olay yerinə buraxmayıb.
Hadisə yerinə gələn digər jurnalistlər də basqıyla üzləşiblər. ARDNŞ-nin mühafizəçiləri jurnalistləri olay yerinə gətirən avtomobilə hücum çəkiblər. Avtomobilin şüşəsi sındırılıb, “Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayevanın üzünə yumruq zərbələri endirilib. Huşunu itirən jurnalistin fotoaparatı əlindən alınıb.

MHİ təkcə 2011-ci ildə 72 jurnalistin ən azı 90 dəfə fiziki basqılara, psixoloji təhdidlərə məruz qaldığını xatıırladır. 2012-ci ilin ilk 3 ayında isə belə faktların sayı 30-dan artıq olub. Bir neçə gün öncə də jurnalistlər ağır basqıya məruz qalmışdılar. Azadlıq Radiosunun əməkdaşı Nüşabə Fətullayeva və “Obyektiv” TV-nin müxbiri Etimad Budaqovu Şəmsi Bədələbəyli küçəsində söküntü işləri aparan Bakı şəhər İcra Hakimiyyətinin işçiləri döymüşdülər.

Peşə borcunu yerinə yetirən jurnalistə basqılar Cinayət Məcəlləsinin 163-cü maddəsi üzrə məsuliyyət yaradır. Ən qorxulusu cinayət məsuliyyəti yaradan belə hadisələrin ədalətli araşdırılmamasıdır. Son illərdə baş verən basqıların heç biri ədalətli araşdırılmayıb. Basqı olaylarının intensivləşməsi, daha ağır formaya keçməsi də bilgi toplayan jurnalistləri döyənlərin jurnalistin peşə fəaliyyətinə mane olmağa görə məsuliyyətə cəlb olunmamasının nəticəsidir. Cəzasızlıq qanunsuzluq edənləri bunu xəbərləyən jurnalistlərə qarşı daha amansız rəftara həvəsləndirir.

Media Hüququ İnstitutu peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı qanunsuz hərəkətləri kəskin pisləyir. Jurnalistlərə qarşı törədilən belə hərəkətlər xalqın bilmək və düzgün seçim etmək haqqına, ən mühüm demokratik dəyərlərdən biri olan, tərəqqinin və yüksəlişin əsasında duran məlumat axtarmaq, almaq və yaymaq azadlığına çox ciddi qorxular yaradır. Media Hüquqı İnstitutu hökuməti basqı olaylarını ciddi və operativ araşdırmağa, qanunsuzluq edənlərin cəzalandırılması üçün gərəkli təcili ölçülər götürməyə çağırır.






18 Aprel, 2012  21:45 Baxılıb: 980 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner