Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Fərəməz Novruzoğlu həbs ediləcəyini bilib?

«Deməli, avropalı "kişi qırıqları" gələnə qədər rahatca hər kəsə döşəyə bilərəm»

Naxçıvan Ali Məclisinin keçmiş deputatı və mili-azadlıq hərəkatının tanınmış nümayəndələrindən biri, son illər jurnalist fəaliyyəti ilə məşğul olan Fərəməz Novruzoğlu dünən gecə saatlarında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi əməliyyatı nəticəsində həbs edilib.

 Simsar.Az-ın məlumatına görə, jurnalist Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu yolu ilə pul tələb etmə) və 182.2-ci (Eyni əməlləri təkrar törədərək qrup şəklində şantaj və hədə-qorxu ilə pul tələb etmə) maddələri ilə ittiham olunur. 
Cinayət əməli təsdiq olunarsa, onu 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.
F.Novruzoğlu əvvəllər dəfələrlə həbsdə olub. Sonuncu dəfə həbsdən çıxdıqdan sonra Türkiyədə yaşamağa başlayıb, bir neçə ay əvvəl isə Bakıya dönüb.
Həbsin detalları barədə məlumat yoxdur.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov hələlik onlarda yetərli məlumatın olmadığını bildirib və bir qədər sonra əlaqə saxlamağımızı istəyib.
F.Novruzoğlu aprelin 11-də sosial şəbəkədə maraqlı bir status paylaşıb. Jurnalist yazıb:
«Bu gün yenə biriləri ilə (iri çinlilərdən söhbət gedir) təxminən 4 saatlıq "şirin söhbət"imiz oldu...
Söhbət edənlər mənim söhbətimi qələmlə yazmamı istəməsələr də, gizlində lentə yazdıqlarını hiss edirdim. Çox "alicənab" davranırdılar. Hətta "şad xəbər" də verdilər. Məsələn, dedilər ki, "Eurovision"a qədər məni heç bir təhlükə gözləmir. :))))
Daha bunu bir az əvvəldən deyəydiniz, ay evi tikilmişlərin uşağı, işimi biləydim də... :))))
Deməli, avropalı "kişi qırıqları" gələnə qədər rahatca hər kəsə döşəyə bilərəm. Getdik o zaman... :)))»






18 Aprel, 2012  20:14 Baxılıb: 1963 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner