Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sulutəpədəki söküntüdə jurnalistlər döyüldü

İdrak Abbasov və Günay Musayeva xəsarət alıblar 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakının Sulutəpə qəsəbəsində qanunsuz tikililərin söküntüsünü bu gün də davam etdirib.

Simsar.az-ın yerli sakinlərə istinadən verdiyi xəbərə görə, ARDNŞ əməkdaşları bu gün Sulutəpə qəsəbəsində şirkətə məxsus ərazilərdə qanunsuz olaraq tikilən evləri söküblər.

Bu zaman evləri sökülən sakinlərlə ARDNŞ əməkdaşları arasında qarşıdurma yaranıb. Sakinlər buna etiraz edərək Bakı-Şamaxı yolunu bağlamağa cəhd göstəriblər. Lakin əraziyə gələn polis əməkdaşları bunun qarşısını alıb.

Hadisə zamanı ərazidə çəkiliş aparan jurnalist İdrak Abbasov və “Yeni Müsavat” qəzetinin xanım əməkdaşı Günay Musayeva xəsarət alıb. İ. Abbasov Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Klinik Tibbi Mərkəzdən Simsar.az-a bildirilib ki, İ. Abbasov kəllə beyin travması ilə xəstəxanaya gətirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı ARDNŞ-in mətbuat xidmətindən açıqlama verilməyib.

 Binəqədi Rayon Polis İdarəsindən isə Simsar.az-a bildirilib ki, evlərin sökülməsi zamanı yerli sakinlərlə ARDNŞ əməkdaşları arasında qarşıdurma yaranıb, sakinlər Bakı-Şamaxı yolunu bağlamağa cəhd etsələr də, bunun qarşısı polis tərəfindən alınıb.






18 Aprel, 2012  18:52 Baxılıb: 1161 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner