Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev BMT rəsmisini qəbul edib

Dövlət başçısı təşkilatın regional konfransının Bakıda keçirilməsini əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirən dövlətimizin başçısı təşkilatın Avropa üzrə 28-ci regional konfransının Bakıda keçirilməsinin bu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev konfransın uğurlu keçəcəyinə və nümayəndə heyətinin Azərbaycanı yaxından tanıması üçün tədbirin yaxşı fürsət yaradacağına əminliyini ifadə edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva tədbirdə dünyanın 50-dən artıq region ölkəsindən 46-nın yüksək səviyyədə təmsil olunmasını konfransa olan marağın nəticəsi kimi qiymətləndirdi. O bildirdi ki, tədbirin əsas məqsədlərindən biri kənd təsərrüfatının inkişaf etdirilməsi üzrə prioritetlərin müəyyənləşdirilməsidir. Baş direktor konfrans çərçivəsində nazirlərin “dəyirmi masa”sında ərzaq təhlükəsizliyinə dair məsələlərin də müzakirə olunacağını qeyd edib.

Joze Qratsiano da Silva Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.






18 Aprel, 2012  18:30 Baxılıb: 1287 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner