Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan İsraildən silah alıb

Azərbaycan İsraildən tank əleyhinə raketlər və minaatanlar alıb.

 APA-nın məlumatına görə, Azərbaycanla İsrailin “Rafael” şirkəti arasında ötən il “Spike SR”, “Spike-LR” tipli tank əleyhinə raketlərin, “Elbit Systems” şirkəti ilə isə “Cardom” tipli 120 mm-lik minaatanların alğı-satqısına dair anlaşmalar əldə olunub. Azərbaycanın verdiyi sifarişlər və onların çatdırılması barədə əlavə məlumatlar verilməyib.

Qeyd edək ki, Azərbaycan “Spike” tipli tank əleyhinə raketləri silahlanmaya 2010-cu ildə qəbul edib. 
“Spike-SR” tipli tank əleyhinə raketlər 50-800 m, “Spike-LR” isə 200-4000 məsafədə hədəfləri məhv etmək üçün nəzərdə tutulur. Birinci raketin çəkisi 9 kq, ikincinin çəkisi isə 13 kq-dır. “Spike-LR” sisteminə əlavə olaraq buraxılış qurğusu (5 kq), termal kamera (4 kq), batareya (1 kq) və üçayaq (3 kq) daxildir.
“Elbit Systems” şirkətinin tərkibinə daxil olan “Soltam Systems” şirkəti tərəfindən istehsal edilmiş 120 mm-lik “Cardom” minaatanı dəqiqədə 15 mərmi atma imkanına malikdir. Minaatan 7200 m uzaqlıqdakı hədəfləri dəqiq vura bilir.

Qeyd edək ki, ötən il Bakıda keçirilmiş hərbi paradda “Spike” tipli tank əleyhinə raketlər və “Cardom” tipli minaatanların nümunələri də nümayiş etdirilib.






18 Aprel, 2012  18:15 Baxılıb: 919 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner