Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ziya Məmmədov: "Uçan körpünün yerində yeni körpü inşa olunacaq"

"Körpünün uçmasına səbəb sel suları və və daş karxanalarıdır"  

Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədov Quba rayonunda Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda Qaraçay üzərindəki uçan körpüyə baxış keçirib. Simsar.az-ın hadisə yerində olan əməkdaşı məlumat verir ki, nazir körpünün uçmasına yağıntıların və daş karxanalarının səbəb olduğunu bildirib. O deyib ki, körpü 1970-ci ildə inşa edilsə də sel suları körpünün dibini 13 metr dərinlikdə yuyub.

Bakı-Quba yolunun rekonstruksiyası zamanı bu körpüdə bərkitmə işlərinin aparıldığını bildirən nazir deyib ki, adıçəkilən ərazidə yeni yolun çəkilişi üçün məsləhətləşmələr aparılır. “Sabah günün sonuna kimi nativ yol çəkiləcək. Tezliklə ərazidə yeni körpü tikiləcək”.

Z.Məmmədov Qusar Rusiya sərhəd yoluna, Xaçmazın kəndlərinə getmək istəyən sürücülərə nativ yol kimi Gəndob - Yalama yolundan, Quba istiqamətində getmək istəyənlərə isə Pirvahid kəndindən keçməklə getməyi məsləhət görüb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba-Rusiya sərhədi yolunun 156-cı km-də, Qaraçay üzərindəki körpünün bir hissəsi sel suları səbəbindən çöküb. Nəticədə “QAZel” markalı yük maşını çaya düşüb. “QAZel”in sürücüsü, Quba rayonunun İqriq kənd sakini, 1972-ci il təvəllüdlü Ülfət Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Körpü üzərindən nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.






18 Aprel, 2012  17:58 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner