Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xəstələrin müalicəsinə nəzarətdə yenilik

Xəstələrin sağlamlıq vəziyyəti haqqında məlumatlar elektron formada qey olunacaq

Azərbaycan Səhiyyə Nazirliyi ölkənin bütün dövlət stasionar müəssisələrində müalicə edilən xəstələrin sağlamlıq vəziyyətinə və stasionarların fəaliyyətinə elektron formada nəzarət edəcək.

Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə çərşənbə günü Simsar.az-a deyib ki, bu ilin yanvarından nazirliyin tabeliyindəki stasionar müəssisələrin elektron nəzarət sisteminin qurulmasına başlanılıb.

Bu elektron sistem vasitəsilə stasionarlarda yatan xəstələr barəsində tibbi məlumatlar - onların diaqnozları, xəstəxanada keçirdikləri müayinə və müalicələr barədə məlumatlar nazirliyin mərkəzi bazasına toplanılacaq. Bunun nəticəsində stasionar müəssisələrin fəaliyyəti ilə bağlı bir çox kriteriyalar üzrə analizlər aparmaq, onların fəaliyyətinin effektivliyini müəyyənləşdirmək mümkün olacaq.

Artıq bu sistemdəki məlumatların analizi sayəsində stasionar müəssisələrə nə qədər xəstənin daxil olması, daha çox hansı xəstəliyi olan insanların qəbul və müalicə olunması, hansı xəstəxanalarda daha çox xəstənin yatması, xəstələrin daha çox hansı xəstəliklər üzrə stasionar müəssisələrdə vaxt keçirməsi, hansı rayon və ya şəhərdə daha çox xəstənin olması barədə məlumatları müəyyənləşdirmək mümkün olacaq.






18 Aprel, 2012  17:45 Baxılıb: 1119 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner