Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sulutəpədə qarşıdurma

ARDNŞ söküntü aparır, qanunsuz tikili sahibləri evlərindən çıxmaq istəmirlər

Azərbaycan Resbiblikası Dövlət Neft Şirkəti (ARDNŞ) Binəqədi rayonundakı 4-cü mədən ərazisində - Sulutəpə yaşayış sahəsində yerləşən sənədsiz evlərin söküntüsünü bu gün də davam etdirib.

Simsar.az "Azadlıq" radiosuna istinadən bildiri ki, aprelin 18-də bir qrup polis əməkdaşı və Dövlət Neft Şirkətinin mühafizəçiləri Bakının Sulutəpə qəsəbəsinə girişi kəsiblər. Sulutəpə qəsəbəsində ARDNŞ-nin öz ərazisi saydığı hissədə olan evləri sökdüyü üçün sakinlərlə neft şirkətinin əməkdaşları arasında qarşıdurma olub. 

ARDNŞ-in mühafizəçiləri jurnalistlərin olduğu taksiyə hücum ediblər və avtomobilin şüşələrini sındırıblar. Onlar jurnalistlərin hadisə yerinə getməsinə şərait yaratmayıblar.

"Yeni Müsavat"ın hadisə yerindəki reportyorunun sözlərinə görə, polislərin və ARDNŞ-in mühafizə xidmətinin əməkdaşlarının fiziki gücündən yararlanan söküntü briqadası evləri buldozer və ekskavatorların vasitəsilə dağıdırlar.

Söküntü işləri gedən nahiyədə jurnalistlərin olmasına dözümlü yanaşa bilməyən ARDNŞ qoluzorluları onlara mane olur, peşə borclarını yerinə yetirməyə imkan vermirlər. Onlar "Yeni Müsavat"ın əməkdaşının fotoaparatını qanunsuz olaraq əlindən alıblar və çəkiliş aparmasını qadağan edərək, material hazırlamasına mane olublar.

"Ayna-Zerkalo"nun müxbiri İdrak Abbasov ARDNŞ mühafizəçiləri tərəfindən fiziki təzyiqə məruz qalıb.

Son məlumata görə, İdrak Abasova yetirilən xəsarətlər onun səhhətində ciddi fəsadlar törədib və jurnalist ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Evləri sökülən sulutəpəlilər isə Bakı-Şamaxı magistralında yolu bağlayaraq nəqliyyatın hərəkətinidayandırmaqla məqruz qaldıqları haqsızlığa etirazlarını bildiriblər.

Qəsəbə sakini Səidə xanımın Modern.az-a verdiyi məlumata görə, hazırda Yuxarı Sulutəpə adlanan ərazidə məktəbin yaxınlınğındakı evləri Neft Şirkətinin işçiləri sökməyə başlayıblar.






18 Aprel, 2012  17:30 Baxılıb: 1082 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner