Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hava haqqında

Bəzi yerlərdə qısamüddətli yağış gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Simsar.az-a verilən məlumata görə, aprelin 19-da Bakıda və Abşeron hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı proqnozlaşdırılır. 

Aprelin 20-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.

Aprelin 21-də gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında aprelin 19-da hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Aprelin 20-21-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək, 20-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.






18 Aprel, 2012  16:52 Baxılıb: 1084 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner