Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

«AZƏRBAYCANIN HƏRBİ BÜDCƏSİNİ ARTIRMASI ERMƏNİSTAN ÜÇÜN DƏ CİDDİ SİQNALDIR»

«Bu Qarabağın azad olunmasına yönəlib»

Stokholmda yerləşən Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun dünya ölkələrinin hərbi büdcələri ilə bağlı açıqladığı illik hesabatda Azərbaycan dünyada hərbi büdcəsini ən çox artıran ölkə kimi qeyd olunub. İnstitut hesabatında qeyd edir ki, Azərbaycanın hərbi büdcəsindəki bu böyük artım “Qarabağ müharibəsinin yenidən başlanması qorxusunu artırır”.

Azərbaycanda son iki ildə orduya ayrılan xərclər 3 milyard dollardan çoxdur. Həmin sənədə görə ümumiyyətlə, 2008-ci ildən bəri dünyada hərbi büdcəsini ən çox artıran Azərbaycan olub: təxminən 60 faiz. Sonrakı yerlərdə Kipr, Polşa, Norveç qərarlaşıb.
Ermənistan da son üç ildə büdcəsini artırır və artım faizinə görə dünyada 10-cudur.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Aydın Mirzəzadənin Simsar.az-a verdiyi məlumata görə Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun açıqladığı rəqəmlər həqiqəti əks etdirir: «Azərbaycan son illər öz hərbi büdcəsini bir neçə dəfə artırıb ki, bu da təbiidir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Hərbi büdcə yuxarı səviyyədə saxlanılacaq. Təşkilatın açıqlamalarından da görünür ki, Azərbaycanın hərbi büdcəsini artırması Qarabağın azad olunmasına yönəlib».

A.Mirzəzadə hesab edir ki, “Azərbaycanın hərbi büdcəsini artırması Ermənistan üçün də ciddi siqnaldır”.

RUSLAN






18 Aprel, 2012  16:14 Baxılıb: 1223 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner