Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

NATO XİN və müdafiə nazirləri görüşəcək

Brüsseldə bu gün baş tutacaq görüş Çikaqodakı NATO sammitinə hazırlıq məqsədi daşıyır

Bu gün Belçikanın paytaxt Brüsseldə NATO ölkələrinin xarici işlər və müdaifə nazirlərinin görüşü olacaq. Rəsmilər Əfqanıstandan xarici qüvvələr çıxarıldıqdan sonra bu ölkədə təhlükəsizliyi maliyyələşdirməyin yollarını müzakirə edəcəklər. Nazirlər bu yaxınlarda həyata keçirilmiş "Taliban" hücumlarına baxmayaraq, NATO-nun strategiyasında heç bir dəyişikliyin olmayacağını bildiriblər.

Qeyd edək ki, NATO qüvvələri Əfqanıstandan 2014-cü ilin sonunadək tam çıxarılacaq. Gələn ay ABŞ-ın Çikaqo şəhərində keçiriləcək NATO sammitində Vaşinqton öz beynəlxalq müttəfiqlərindən əfqan təhlükəsizlik qüvvələrinin maliyyə xərclərinin 1/4 ödəməyi xahiş edəcək. ABŞ bu məqsədlə özünün 3 milyard, müttəfiq ölkələrin isə 1 milyard dollar ödəməsini istəyir.
Bu gün Brüsseldə keçiriləcək görüş də məhz Çikaqodakı NATO sammitinə hazırlıq məqsədi daşıyır.






18 Aprel, 2012  16:14 Baxılıb: 959 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner