Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

"Wikileaks" rəhbəri şou aparıcısı oldu

Culian Asancın ilk verilişinin qonağı "Hizbullah" qruplaşmasının lideri olub

Qalmaqallı "Wikileaks" saytının yaradıcısı Culian Assanc özünü televiziya şousu müəllifi və aparıcısı qismində sınayıb. Dünən Rusiya rəhbərliyinə məxsus ingilisdilli "Russia Today" telekanalında onun "Sabahkı dünya" ("The world tomorrow") adlı şou-proqram start götürüb. 30 dəqiqəlik müsahibə şəklində təşkil olunmuş 10 verilişdən ibarət şou seriyası "Gözlənilməzləri gözləyin" şüarı ilə təqdim edilir.

Bir ildən çoxdur Böyük Britaniyada ev həbsində olan Culian Assanc bu verilişlərdə yeni beynəlxalq miqyaslı şok açıqlamalar vəd edir. "Russia Today" telekanalı bu layihəyə güclü reklam edib. İlk verilişdən əvvəl "Wikileaks" yaradıcısının verilişin məqsədlərinə həsr olunmuş 20 dəqiqəlik müsahibəsi verilib.

Assancın, adı veriliş başlayanadək sirr saxlanılan ilk qonağı isə "Hizbullah" radikal qruplaşmasının lideri Şeyx Səid Hüseyn Nəsrullah olub. Culian Assanc onunla öz kabinetindən danışıb, Şeyx Nəsrullahın isə Livanda gizli məskəndə olduğu bildirilib. "Hizbullah" lideri ilə müsahibədə Suriya məsələsinə də toxunulub. Şeyx Nəsrullah Suriya müxalifətini Bəşər Əsəd rejimi ilə dialoqa girməyə çağırdığı, lakin müxalifətin bunu rədd etdiyi barədə yayılan məlumatların doğruluğunu təsdiqləyib.

"Hizbullah" lideri də son 6 ildə ilk dəfə müsahibə verib.

Xatırladaq ki, Culian Assanc yaratdığı "Wikileaks" saytında ABŞ dövlət departamentinin İraq və Əfqanıstan müharibələrinə dair məxfi sənədləri, eləcə də xaricdəki Amerika diplomatları ilə məxfi yazışmaları dərc etdirərək məşhurlaşmışdı.






18 Aprel, 2012  16:02 Baxılıb: 932 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner