Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BAŞ KULİNAR MƏTBƏX VERİLİŞLƏRİNİ TƏNQİD ATƏŞİNƏ TUTDU

«Bol yağda qızardılmış yeməklər insan orqanizminə zərərdir»

«Azərbaycan telekanallarında mətbəx verilişlərinin səviyyəsi mən qane etmir. Həmin verilişlərə qeyri-peşəkar aşpazlar çıxarılır. Yemək yaxşı görünsün deyə, yağını bol edirlər, qızardırlar. Bol yağda qızardılmış yeməklər insan orqanizminə zərərdir».

Bunu Simsar.az-a açıqlamasınja Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyevin Nazirlər Kabinetindəki müşavirədə telekanallardakı mətbəx verilişlərini tənqid etməsi ciddi mesajdır.

Qeyd edək ki, ölkə başçısı mətbəx verilişlərinə hərdən-bir baxdığını deyib: «Bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz. Bu yeməkləri gündə yeyən insan xəstələnəcək”.

Dövlət başçısı televiziyaların siyasətinə qarışmaq istəmədiyini söyləsə də, onlara məsləhət də verməyi unutmayıb: «İnsan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər»

T.Əmiraslanov qeyd etdi ki, prezidentin açıqlamaları yerində deyilib və ciddi mesajdır: «Hələ biz bir müddət öncə bildirmişdik ki, telekanalların mətbəx verilişlərinə qeyri-peşəkar aşpazlar çıxarılır. «Yağ kimi» verilişindəki aşpaz hamıya dərs keçirdi. ANS-də biri var, şadlıq evindən gətiriblər. Həmin şadlıq evində ən aşağı səviyyədə yeməklər bişirilir. «Space» iradlarımızı qəbul etdi və səhvlərini düzəltdi. «Lider» telekanalındakı «Qazan açdı» verilişilə bağlı da tənqidlərimiz olmuşdu. Amma mətbuat jurnalist həmkarlığı nümayiş etdirərək bizim tənqidlərimizi vermir. Ona görə də, prezident məcbur olub, özü həmin verilişlər barədə danışhmalı olur. Bu, əslində prezidentin deyil, bizim işimiz olmalıdı. Ölkə başçısının sərəncamı ilə Milli Kulinariya Ensklopediyası hazırlanıb. Prezidentin milli mətbəximizə münasibəti olduqca həssasdır və bu sevindirici haldır. Ölkə başçısı həmçinin mesaj verdi ki, bizim evdar xanımlar telekanallarda dərs deyən aşpazlardan daha dadlı yeməklər bişirirlər».

Milli yeməklərin yağlılığına gəldikdə isə T.Əmiraslanov hesab edir ki, yaxşı bişirilsə milli yeməklərimiz o qədər də yağlı olmaz: «Ukrayna borşu Azərbaycan aşından daha yağlıdır. Hər bir adam gün ərzində 20-25 qram kərə yağı qəbul etməlidir. Ailədə 5 nəfər varsa, 200 qram yağ bir qazan yemək üçün kifayətdir. Bir daha qeyd edirəm burada söhbət peşəkarlıqdan və düzgün reseptdən gedir».

Ruslan XƏLİL






18 Aprel, 2012  15:48 Baxılıb: 1892 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner