Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“UNİCEF-İN UŞAQ ÖLÜMÜ İLƏ BAĞLI AÇIQLAMALARI HƏQİQƏTİ ƏKS ETDİRMİR” – AÇIQLAMA

Hadi Rəcəbli: “Qadınların dieta saxlaması uşaqların ölməsinə səbəb olur”

“UNİCEF-in Azərbaycanda hər iki saatdan bir 1 körpənin dünyasını dəyişməsi xəbəri reallığı əks etdirmir. Son beş ildə uşaq ölümünün səviyyəsi xeyli aşağı düşüb”.

Bunu Simsar.az-a açıqlamasında Milli Məclisin sosial siyasət daimi komissiyasının rəhbəri Hadı Rəcəbli UNİCEF Azərbaycan nümayəndəliyinin açıqlamasına münasibət olaraq bildirib.

Bütün dünyada anemiyadan əziyyət çəkənlərin olduğunu deyən millət vəkili əlavə edib ki, bunun qarşısını almaq üçün dövlət bir sıra tədbirlər həyata keçirib: “Duzun yodlaşması məsələsi artıq həll olunub. İndi biz un, şəkər tozu və s. çox işlədilən qida məhsullarının tərkibinə müxtəlif qatqılar əlavə etməyi düşünürük. Bununla uşaqların sağlam böyüməsini, boylarını artırmağı təmin edəcəyik. Bu gün qidalarda sink, metal, vitaminlər çatmır. Bu məsələ öz həllini tapmır”.

H.Rəcəbli hesab edir ki, uşaq ölümünün səbəbləri bir sıra amillərlə bağlıdır: “Qadınlar dieta saxlayır, min cür hoqqadan çıxırlar. Gec ərə gedirlər. Bütün bunlar uşaq ölümü hallarını artırır. Hamilə qadın mütləq ginekoloqun yanına getməlidir. Təəssüflər olsun ki, Azərbaycan qadınlarının ginekoloji və seksoloji mədəniyyəti aşağı səviyyədədi”.

Bununla belə komitə sədri hesab edir ki, Azərbaycanda uşaq ölümü var, amma bu faciəli həddə deyil.

RUSLAN






17 Aprel, 2012  21:49 Baxılıb: 1178 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner