Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda necə biznes qurmaq olar?

Bu haqda toplu nəşr olunub

Azərbaycana investisiyaların cəlb olunması və yerli sahibkarlarla biznes əlaqələrin yaradılması istiqamətində xarici iş adamlarının məlumatlandırılması məqsədilə “Doing Business in Azerbaijan” toplusu nəşr olunub. Bu barədə Simsar.az-a İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, toplu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən nəşr edilib. Bu toplu hər il çap edilir.

“Doing Business in Azerbaijan 2011” toplusu Azərbaycanın iqtisadiyyatı, ölkəmizin biznes və investisiya mühiti, biznes qurmaq üçün qanunvericilik və s. kimi məlumatların əks olunduğu 7 fəsildən ibarətdir. İngilis dilində hazırlanmış nəşrdə həmçinin, Azərbaycanın təbii ehtiyatlarına, infrastruktur və iqtisadi rayonlarına dair xəritələr yerləşdirilib.

Toplunun Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə təqdim olunması, həmçinin AZPROMO-nun www.azpromo.az internet səhifəsində yerləşdirilməsi nəzərdə tutulur.

Bundan başqa, “Doing Business in Azerbaijan 2011” toplusu AZPROMO tərəfindən bu il ölkəmizdə və xaricdə təşkil ediləcək tədbirlərdə xarici investorlara və Azərbaycanda biznes qurmaqda maraqlı olan iş adamlarına paylanılacaqdır.

Xatirə






17 Aprel, 2012  19:12 Baxılıb: 2566 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner