Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şəmkir rayonunda platin yatağı tapıldı

Yataqda geoloji qiymətləndirmə işləri aparılır

Şəmkir rayonu ərazisində ölkədə ilk dəfə platin qrupu metalları müəyyənləşdirilib və yataq aşkarlanıb. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov proqnoz ehtiyatları 50 ton hesablanmış yataqda geoloji qiymətləndirmə işləri aparıldığını bildirib.

Nazirlər Kabinetinin müşavirəsində çıxış edən nazir son illərdə Azərbaycanda 4,5 ton qızıl emal olunduğunu bildirib. Onun sözlərinə görə, hazırda Daşkəsən rayonu ərazisində Çovdar qızıl yatağında istismara hazırlıq və zavod tikintisi işləri başa çatdırılmaq üzrədir. İlin sonunadək Gədəbəy və Çovdar qızıl yataqlarından birlikdə 7,5 ton qızılın çıxarılması proqnozlaşdırılır.

“Geoloqlarımızın səyləri nəticəsində son iki ildə Göygöl rayonunda yeni Tülallar qızıl yatağı aşkarlanıb, 80 ton qızıl, 290 ton gümüş ehtiyatı hesablanıb. Hazırda yataq istismar işlərinə hazırlanır. Daşkəsən rayonunda Qoşqardağ-Çanaqçı qızıl yatağı aşkarlanıb və 20 ton qızıl ehtiyatları proqnozlaşdırılıb”.






17 Aprel, 2012  16:27 Baxılıb: 1219 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner