Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

UNİSEF: "Azərbaycanda hər iki saatdan bir 1 körpə dünyasını dəyişir"

Bu qorxunc statistikanın qurumun Azərbaycan nümayəndəsi Sevil Əsədova açıqlayıb

Azərbaycanda hər iki saatdan bir 1 körpə dünyasını dəyişir. Simsar.az-ın məlumatına görə, bu barədə UNICEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Həyat üçün faydalı faktlar” toplusunun təqdimatı zamanı qurumun nümayəndəsi Sevil Əsədova bildirib. Onun sözlərinə görə, bu, qorxulu statistikadır: “Ancaq bunun qarşısını almaq mümkündür. Bu isə yalnız həkimlərdən asılı deyil. Bütün əhalinin, valideynlərin bu bilgilərə yiyələnməsi vacibdir. Çox təəssüf ki, Azərbaycanda Azərbaycan dilində valideynlər üçün kitablar çox azdır”. 


S. Əsədova bildirib ki, Azərbaycanda 3 milyon uşaqdan təxminən 10 faizi hələ də həll edilməmiş regional münaqişə üzündən torpaqlarından didərgin düşüb. Qeyri-adekvat qidalanma vərdişləri üzündən reproduktiv yaşda olan hər 4 qadından 3-ü, eləcə də hər 5 uşaqdan 2-si anemiyadan əziyyət çəkir. Hər 4 uşaqdan 1-i qısaboyludur. Hər 8 uşaqdan yalnız təxminən 1-i həyatının ilk 6 ayında müstəsna şəkildə ana südü ilə qidalanır. Bu isə qarşısının alınması mümkün olan uşaq xəstəliklərinin və problemlərinin yaranmasına səbəb olur.






17 Aprel, 2012  15:39 Baxılıb: 1048 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner