Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dini Komitədən Ayətullaha cavab

“Açıqlamaların altında hansı “niyyətlərin” yatdığı göz qabağındadır»  

«Ayətullah Nuri Həmədaninin Azərbaycanda dini durumla bağlı fikirləri hər hansı əsasa deyil, sırf qərəzə söykənir. Bu şəxsin və onun kimilərin həqiqəti məqsədli şəkildə təhrif edərək, ölkəmizlə bağlı böhtanlar söyləməsi və dindarları dövlətə qarşı qoymaq cəhdləri ilk dəfə baş vermir. Buna görə də din xadimi adına yaraşmayan belə açıqlamaların altında hansı “niyyətlərin” yatdığı göz qabağındadır».
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarovun Ayətullah Nuri Həmədaninin fikirləri ilə bağlı Simsar.az-a göndərdiyi açıqlamada belə deyilir. Açıqlamada bildirilir ki, yalan və böhtanlar göstərir ki, Azərbaycan dövlətinin dinlərarası münasibətlərdə tutduğu yol – dini etiqad azadlığının tam təmin olunması, tolerant prinsiplərin prioritetliyi, dinlərüstü və məzhəblərüstü siyasət yürütmək - totalitar düşüncə sahibi ayətullahları bərk narahat edir və pat vəziyyətindən çıxmaq üçün zaman-zaman azərbaycanlı dindarları dövlətə qarşı qoymağa cəhd göstərirlər: “Görəsən, Həmədani və digər bu tipli ayətullahlar dini şəxsi məqsədlərinin alətinə çevirərək, obyektivlikdən uzaq formada Azərbaycan dövlətinin dindarlarla üz-üzə dayandığını iddia etməklə, İslamda ən böyük günahlardan olan böhtana əl atdıqlarını niyə “unudurlar”? Yoxsa, bu “unutqanlıq” “ümumi məqsəd”dən irəli gəlir?

Bəyanatlarında bəzən açıq, bəzən isə üstüörtülü şəkildə “cihad”, “şəhadət” kimi sözlərdən istifadə etmələri belələrinin həm dini, həm də siyasi səbatsızlıqlarının bariz göstəricisidir. Görünür, Azərbaycan üçün nəzərdə tutduqları “planların” iflasa uğraması din adından danışan bəzi şəxsləri xeyli qıcıqlandırıb”.

Ə.Zülfüqarov qeyd edir ki, hər kəs birdəfəlik qəbul etməlidir ki, Azərbaycan müstəqil, dünyəvi dövlətdir və başqa ölkələrin dövlət-din münasibətləri sistemini buraya ixrac etmək fikrinə düşmək hərdəmxəyallıqdır.

Xatirə






16 Aprel, 2012  20:32 Baxılıb: 1004 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner