Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yol Polisindən toy sahiblərinə xəbərdarlıq

Toy karvanında qayda pozanlar cərimələnəcək

Bakının Yol Polisi toy karvanında qayda pozanlara qarşı reydlərə başlayacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Simsar.az-a bildirib ki, son zamanlar paytaxt yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar yollarda nəqliyyatın sıxlığı yaranıb.

Əsədov bildirib ki, toy mövsümünün başlaması da yollarda nəqliyyatın sıxlığının yaranmasına səbəb olub.

Onun sözlərinə görə, bəylə gəlini müşayiət edən maşın karvanında iştirak edən sürücülər tərəfindən şadlıq sarayları istiqamətinə gedən yollarda yolun bütöv hərəkət zolağının tutulması, lüzumsuz olaraq səs siqnallarından istifadə edilməsi halları artıb.

Bölmə rəisi deyib ki, paytaxt yollarında hərəkətə nəzarət edən kameralar vasitəsilə əldə olunan məlumatlar əsasında yol polisi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı kobud qayda pozuntuları edən sürücülər aşkarlanıb.

Belə ki, ötən həftənin şənbə və bazar günlərində 3 toy karvanında 8 sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulması faktı aşkar edilib. Həmin sürücülər barəsində inzibati protokol tərtib olunub və onlar cəzalandırılıb.

İdarə paytaxt yollarında tıxacların, yol qəzalarının, ləngimələrin qarşısını almaq məqsədilə əhaliyə xəbərdarlıq edir.

Əsədov paytaxtda bu halların qarşısını almaq məqsədilə reydlərə başlanılacağını və toy karvanlarında qayda pozanlara qarşı ciddi tədbirlərin görüləcəyini bildirib.

Əsədov deyib ki, toy karvanında hərəkət edən avtomobillər yolun sağ çiyni ilə bir xətt üzrə ardıcıl hərəkət etməli, yol boyu yol hərəkəti nişanlarının tələblərinə riayət etməlidirlər.






16 Aprel, 2012  19:05 Baxılıb: 905 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner