Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi" yaradılıb

Sistem "Bioloji Təhlükənin Azaldılması Proqramı" çərçivəsində həyata keçirilir

Azərbaycanda yoluxucu xəstəliklər üzrə məlumatların toplanma, ötürülmə, analiz və işlənmə prosesinin təkmilləşdirilməsi və epidemioloji nəzarətin gücləndirilməsi üçün "Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi" yaradılıb.

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə Simsar.az-a bildirib ki, bu müşahidə sistemi "Azərbaycan Respublikası Nazirlər Kabineti və Amerika Birləşmiş Ştatları Müdafiə Departamenti arasında bioloji silahların inkişaf etdirilməsində istifadə edilə bilən texnologiya, patogenlər və təcrübənin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında" sazişə əsasən, "Bioloji Təhlükənin Azaldılması Proqramı" çərçivəsində tətbiq olunur.

Əsəd-zadə deyib ki, sistemə ölkədə sanitar-epidemioloji xidmət göstərən tibb müəssisələri qoşulub.

Nazirlik rəsmisinin sözlərinə görə, yoluxucu xəstəliklərlə bağlı məlumatlar növbəti işlənmə, saxlanma və analiz üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ötürülür. Xüsusi təhlükəli yoluxucu xəstəliklər barəsində məlumatlar isə Respublika Taun Əleyhinə stansiyaya ötürülür, saxlanılır və analiz olunur.

Əsəd-zadə hazırda istifadə edilən bu sistemin tələb olunan səviyyədə qurulduğunu da qeyd edib.






16 Aprel, 2012  18:32 Baxılıb: 1217 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner