Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA-nın vulkanizm şöbəsində Qobustandakı vulkan barədə məlumat yoxdur

Adil Əliyev: “Vulkan püskürməsi Xilmillidə deyil, Qızmeydan kəndində ola bilər”

İnternet saytlarında Qobustan rayonunun Xilmilli kəndində hündürlüyü 100 metrdən yuxarı olan vulkan püskürməsi barədə məlumatlar dərc edilib.

Bildirilir ki, Xilmilli və ətraf kəndlərin sakinləri təlaş içindədirlər.

Kənd sakinləri Tia.az saytının bölgə müxbirinə bildiriblər ki, indiyə qədər belə bir şey görməyiblər: "Görəndə vulkan olduğunu anlamadıq. Ancaq kənd ağsaqqalları bizə qorxmamağı tövsiyə etdilər”
Sayt yazır ki, vulkanın yeni başlaması ilə əlaqədar heç bir dövlət qurularından hadisə yerinə gələn olmayıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev Simsar.az-a açıqlamasında bildirib ki, Xilmilli kəndində vulkan püskürməsi barədə onda heç bir məlumat yoxdur: “Vulkan püskürməsi Xilmillidə deyil, Qızmeydan kəndində ola bilər. Hər halda əlaqə saxlayıb məsələni öyrənərik. Sabah, ya da birisi gün özüm olmasam da uşaqları göndərəcəm ora. Gedib baxsınlar”.

A.Əliyev əlavə edib ki, narahatlığa heç bir əsas yoxdur: “Püskürmə 30-40 dəqiqə davam edir”.

RAMİL






14 Aprel, 2012  15:13 Baxılıb: 1132 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner