Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ramil Səfərovdan "Pal küçəsinin oğlanları"

Tərcümə kitabının təqdimatı keçiriləcək

Sabah Gəncliyə Yardım Fondunda Budapeşt məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun tərcümə etdiyi - “Pal küçəsinin oğlanları” kitabının təqdimatı keçiriləcək. Simsar.az-ın xəbərinə görə, təqdimat AzeBookNet şəbəkəsinin və "Idea Youth Club"-ın dəstəyi ilə baş tutacaq. 

Tanınmış macar yazıçısı Ferens Molnarın dünya şöhrətli bu əsəri Ramil Səfərovun macar dilindən Azərbaycan dilinə sayca ikinci tərcüməsidir. Ötən il “Ozan” nəşriyyatında işıq üzü görən kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlidir. AzeBookNet şəbəkəsi və "Idea Youth Club"-ın təşəbbüsü ilə keçirilən bu təqdimatda “Pal küçəsinin oğlanları” əsərinin satışı da təşkil olunacaq. Satışdan əldə olunan bütün məbləğ Ramil Səfərovun hesabına köçürüləcək. Toplanan vəsait müəllifin növbəti tərcümə kitablarının çap edilməsinə sərf ediləcək.

Ramil Səfərov bu kitabı Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun, “İgidliyə görə” medalı ilə təltif edilən Əhməd Abdullayevin, Fərid Əhmədovun, eləcə də Qarabağ savaşında həlak olan bütün şəhidlərin əziz xatirəsinə ithaf etdiyini bildirib.






13 Aprel, 2012  16:55 Baxılıb: 1290 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner