Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ekologiya nazirliyi əhaliyə xəbərdarlıq etdi

Nazirlik havaların istiləşməsi ilə əlaqədar əhalini odla ehtiyatlı olmağa çağırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 10-da Qəbələdə baş verən meşə yanğını ilə bağlı məlumat yayıb. Simsar.az-ın nazirliyin rəsmi saytına istyinadla verdiyi məlumata görə, rayonunun Tövlə Bələdiyyəsinin 1,5 - 2 hektar ərazisində yanğın hadisəsi baş verib.
Küləkli hava şəraiti olduğundan yanğın Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Zarağan meşəbəyliyinin 19-cu kvartalının 24-cü bölməsinə keçmiş və meşə fonduna məxsus, ümumilikdə 0,47 hektar ərazidəki quru ot örtüyü və kollar yanıb. Yanğın nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib.

Yanğının baş verməsinə səbəb yoldan keçən avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olub.
Günorta saatlarında başlayan yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və yerli əhalinin birgə səyləri nəticəsində gecə saat 23:20-də tam söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların istiləşməsi ilə əlaqədar əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşə və yaşıllıqları qorumağa çağırır.






13 Aprel, 2012  15:16 Baxılıb: 1074 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner