Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Çaylarda suyun səviyyəsi artıb

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində artım müşahidə olunur

Ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda suyun səviyyəsi artıb. Simsar.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Hidrometeorologiya Departamentinə itinadən verdiyi məlumata görə, Qanıx çayında son üç gün ərzində suyun səviyyəsi 27, Kiçik Qafqazın Kürəkçay çayında 6, Gəncəçay çayında 3, Böyük Qafqazın Qusarçay çayında 8, Qudyalçay çayında 7, Vəlvələçay çayında 24, Naxçıvan MR-ın Naxçıvançay çayında isə 49 santimetr artıb. Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 150-350, Kiçik Qafqazın çaylarında 140-215, Lənkəran-Astara bölgəsi çaylarında 70-120, Naxçıvan MR çaylarında isə normanın 25-30 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 840 kubmetr/saniyə, ongünlük normanın 113 faizini təşkil edir. Gürcüstan ərazisində Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar respublika ərazisində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində artım müşahidə olunmaqdadır. Belə ki, son iki gün ərzində suyun səviyyəsi 59 santimetr artıb. Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 160 kubmetr/saniyə olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 490, Şirvanda 380, Salyanda 313, Bankədə 259, Araz çayının Novruzlu məntəqəsində isə 230 santimetr təşkil edir.






13 Aprel, 2012  01:39 Baxılıb: 955 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner