Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şirvandakı Tamponaj sexi Bülbüləyə köçürülsə...

78 işçi etiraz edir 

Azneft İstehsalat Birliyinin Tamponaj və Laylarda Neft Artımı idarəsinin Şirvan Tamponaj sexində çalışan işçiləri Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlıya müraciət edib.
Simsar.az-ın elektron poçtuna daxil olan müraciətdə bildirilir ki, Şirvan Tamponaj sexinin Bakı şəhəri Bülbülə qəsəbəsinə köçürülməsi nəzərdə tutulur. Bu baş tutarsa 78 işçi, o cümlədən 17 nəfər ailəli qadın hər gün Bülbülə qəsəbəsinə getməli və yaxud da adı çəkilən qəsəbəyə köçməlidir. Bu zaman Şirvan sakinlərindən ibarət olan sexin işçiləri əvvəlki məbləğdə məvacib almaqla 140 kilometr dami yaşayış yerindən uzaqda çalışmalıdır.
Şirvan neftçiləri hesab edir ki, zavodun köçürülməsinə ehtiyac yoxdur: “Sexin bacarıqlı mütəxəsisləri operativ şəkildə Naftalan, Muradxanlı, Kalmas, Bibiheybət, Qaradağ və digər neft quyuları olan yatağlarda tompanaj işləri görmək və aqreqatların təmirini aparmaq üçün heç bir problem olmadan həmin ərazilərə ezam olunur. Hər bir ağır işin öhdəsindən də gələ bilirik, öhdəmizə düşən işləri artıqlaması ilə yerinə yetiririk. İdarənin rəhbərliyi bizim işdən çıxarılmadığımızı bildirsə də, sexin köçürülməsi işdən çıxarılma anlamına gəlir. Bildiririk ki, verilən məvaciblə bizlər Bülbülə qəsəbəsinə nə gedib gələ bilərik, nə də ki, ora köçüb yaşaya bilərik”.
Müraciətə Azneft İstehsalat Birliyinin Tamponaj və Laylarda Neft Artımı idarəsinin Şirvan Tamponaj sexinin 78 işçisi imza atıb.
RAMİL






12 Aprel, 2012  15:06 Baxılıb: 1425 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner